Ayətullah Xamenei: İslam dünyasının ən önəmli ehtiyacı vəhdət və elmi inkişafdır
Posted on : Əqidələr 05/12/2018
bu sahədə ciddi işlər görülməlidir
İslam firqələri arasında hər hansı bir gərginliyin yaradılmasının qarşısının alınması üçün ehtiyatlı davranmağın zəruriliyini vurğulayan Ayətullah Xamenei bildirib ki, bu gün müsəlmanların ehtiyacı olduğu ənönəmli məsələlərdən biri də elmin inkişafıdır. Bu sahədə ciddi işlər görülməlidir. Çünki İslam dünyasının hegemonların dominanta çevrilməsi və təsirlənməsinin əsas səbəbi elmi inkişafdan geri qalmasıdır.
Ayətullah Xamenei bildirib ki, Qərb bir neçə əsr elmi inkişafdan geridə qaldı, sonra İslam dünyasının elmi nailiyyətlərdən istifadə edərək sərvət topladı, elmi, hərbi, siyasi və təbliğat gücünü artırdı. Nəticədə müstəmləkəçilik siyasətini yeritməklə İslam ölkələrinin durumunu indiki vəziyyətə çatdırdı.
Ayətullah Xamenei bildirib ki, Qərb dünyası İslam ölkələrində zorakılıqlar törədir və bir çox region dövlətləri də onlara dəstək verir və beynəlxalq hegemonların davamçısıdır. "Bu vəziyyəti müsəlmanların xeyrinə dəyişmək və İslam dünyasını sivilizasiyasının ən uca zirvəsinə qaldırmaq üçün elmin inkişaf etdirilməsi zəruridir. Müsəlman ölkələrin borcudur ki, elmi inkişaf istiqamətində hərəkət etsinlər. İslam dünyasının elitası, elmi inkişaf etdirilməsi və ən uca zirvəyə çatdırılması üçün ümumxalq istəyin yaranması və düşüncələrin səfərbər olunması istiqamətində işlər görməlidir".
İran İslam Respublikasının elmi inkişaf yolunda gördüyü işlərdən danışan Ayətullah Xamenei bildirib ki, beynəlxalq elmi mərkəzlərin statistikasına əsasən, son illərdə İranın elmi inkişafının sürəti dünya ilə müqayisədə orta hesabla 13 dəfə çox təşkil edib. “Biz bu yolu elmin ən uca zirvəsinə kimi davam etdirəcəyik. İran qərb ölkələrinin əksinə olaraq, bu nailiyyətlərini digər İslam ölkələri ilə də bölüşməyə hazırdır”.