header

 XİN sözçüsü: Amerika peşman olacaq

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerika ƏMTP-dən çıxmaq qərarına görə peşman olacaq

Bəhram Qasimi bu gün ABŞ prezidenti Donald Trampın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması barədə deyib: Beynəlxalq ictimaiyyət bir daha Amerika dövləti xüsusiylə Tramp hökumətindən belə bir mesaj almış oldu ki, Amerika digər ölkələrin onun vədlərinə və anlaşmalarına arxayın ola biləcəyi qədər etimadediləsi deyildir. 

İİR XİN sözçüsü deyib: ABŞ dövləti göstərdi ki, Birləşmiş Millətlər Təşkilatının roluna  və Təhlükəsizlik Şurasının qərarına etina etmir və bu BMT-yə və bu beynəlxalq qurumun bütün üzvlərinə qarşı təhqirdir.

Qasimi İİR prezidentinin XİN-ə Avropa tərəfləri və Rusiya və Çin ilə müzakirələr aparmasına dayir verdiyi göstəriş barədə deyib: İran keçmişdə xüsusiylə son aylarda Avropa Birliyi və 3 Avropa ölkəsi, AB-nin nümayəndəsi ilə təmasda olduğu kimi qarşıdakı günlər və həftələr ərzində də bu təmasları daha ciddi şəkildə davam etdirəcək və yeni şəraiti yenidən araşdıracaq. 

İranın diplomatiya aparatının sözçüsü deyib: İran var gücü ilə ölkənin iqtisadi təməllərinin güclənməsi ilə nəticələnəcək müqavimət iqtisadiyyatı üzərində işləməyi davam etdirəcək. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerika ƏMTP-dən çıxmaq qərarına görə peşman olacaq
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap