header

 Ruhani: Avropa nüvə anlaşmasını qorumaq üçün çox qısa fürsətə malikdir

Ruhani: Avropa nüvə anlaşmasını qorumaq üçün çox qısa fürsətə malikdir

İran İslam Respublikası prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmasını axmaq hərəkət adlandırıb və Avropanın bu anlaşmanı qorumaq üçün çox məhdud bir fürsətə malikolduğunu deyərək, Avropanın nüvə anlaşması qarşısındakı öhdəlikləri ilə bağlı mövqeyinə ən qısa zamanda aydınlıq gətirməli olduğunu bildirib.

Həsən Ruhani çərşənbə günü axşam Fransa prezidenti Emanuel Makron ilə saxladığı telefon əlaqəsində İran və Avropa Birliyinin xarici işlər nazirləri və işçi qruplarının ən qısa zamanda və bir neçə həftə ərzində intensiv iclaslar təşkil edərək, nüvə anlaşmasının qorunmasına dair məsələləri araşdırmalı olduqlarını və tam aydın bir nəticə əldə etməli olduqlarını vurğulayaraq, deyib: Neft satışı, bank əlaqələri, investisiya qoyuluşları və sığorta məsələləri kimi nüvə anlaşması ilə əlaqədar mühüm mövzularda İranın maraqları tam aydın və şəffaf formada öz əksini tapmalı və buna zəmanət verilməlidir. 

Ruhani İranda sərmayə qoyuluşunda iştirak edən xarici şirkətlərin də ABŞ-ın nüvə anlaşmasından çıxması məsələsi qarşısında aydın mövqeyə malik olmalı olduqlarını vurğulayaraq, əlavə edib: İran və Avropa Birliyi ən qısa zaman ərzində nüvə anlaşması barədə aydın bir razılığa gələrlərsə, o zaman iki tərəf arasında daha geniş bir anlaşmanın şahidi olmaq mümkündür. 

"Bu gün nüvə anlaşmasını qorumaq üçün tarixi bir məsuliyyət daşıyırıq və tarix Trampın böyük bir səhvə yol verdiyini sübut edəcək" deyən İran prezidenti Avropa Birliyinin nüvə anlaşmasını qorumaq üçün malik olduğu 4 aylıq fürsəti dəyərləndirə bilmədiyini və bu fürsəti ABŞ-ın yeni hökumətini nüvə anlaşmasında qalmağa razı salmaq yolunda itirdiyini bildirib. 

İran İslam Respublikası prezidenti həmçinin deyib: ABŞ prezidenti Donald Trampın təsəvvürlərinin əksinə olaraq, İran uranın zənginləşdirilməsi prosesini heç vaxt nüvə silahı əldə etmək üçün istəməyib. Əksinə, bu sahədə həyata keçirilən bütün elmi və texniki səylər milli qüruru gücləndirmək və İran xalqının ehtiyaclarını təmin etmək üçün olub.

Fransa prezidenti Emanuel Makron da bu telefon söhbətində ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmasını təəssüfləndirici hall adlandırıb və deyib: Avropa ölkələri kollektiv bir hərəkətdə ABŞ prezidentinin bu qərarına öz etirazlarını bildiriblər. 

Makron həmçinin, Trampın qərarının hətta ABŞ-ın özündə belə ciddi təzadlara yol açdığını deyərək, nüvə anlaşmasının qorunmasına və bütün tərəflərin bu anlaşma qarşısında öz öhdəliklərinə əməl etməli olduqlarına təkid edib.

Makron Avropa Birliyinin nüvə anlaşmasını qorumaq üçün intensiv qaydada və kollektiv şəkildə ciddi səylər göstərəcəyini də deyib. 

Ruhani: Avropa nüvə anlaşmasını qorumaq üçün çox qısa fürsətə malikdir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap