header

 İsrail mediası: Netanyahu İranın təhdidlərinə görə xarici səfərlərini məhdudlaşdırdı - ƏTRAFLI

İsrailin baş naziri bir neçə xarici səfərini İranın təhdidlərinə görə məhdudlaşdırıb

İslamazeri.com xəbər verir ki, bu cür başlıq və alt başlıqlarla İsrail mediasının portalları və qəzetləri məlumatlar dərc ediblər. Məlumata görə, Ynet portalı bildirir ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahu Kipr səfərindəki görüşlərini məhdudlaşdırıb. Belə ki, o 8 maydakı bəzi planlarını təxirə salıb.

Qeyd edilir ki, Netanyahu Kiprə 8 mayda səfər etmək, ölkə prezidenti Nikos Anastasiadis və Yunanıstanın baş naziri Aleksis Siprasla görüş keçirib, birbaşa Rusiya paytaxtında səfər etməyi planlaşdırırmış. Lakin İsrailin şimal sərhədlərindəki vəziyyət səfər protokolunda dəyişikliyə səbəb olub; 8 mayda Netanyahu Qüdsə qayıdacaq.

İsrail mediası son günlərin İranın İsrailə cavab hücumu hazırlamasından bəzi məqalə və xəbərlər dərc etməkdədir. Görünür ki, bu xəbərlər baş nazirin də psixoloji durumuna təsir etmiş və xarici səfərlərində dəyişiklik etməyə vadar etmişdir.

İsrail rejimi özünün şimal sərhədlərində İranın hərbi mövcudluğuna səbr etməyəcək. Bu sözləri İsrail rejiminin Baş naziri Benyamin Netanyahu səsləndirib.


“Biz, bizə qarşı olan İran təcavüzünü dayandırmağa tam qərarlıyıq, hətta bu müharibə demək olsa belə. Sonradansa bu gün yaxşıdır.”, - deyə o bildirib.


O həmçinin əlavə edib ki, İsrail rejimi regiondakı vəziyyəti heç bir halda gərginləşdirmək istəmir, lakin “istənilən cür ssenariyə” hazırdılar.


Netanyahu qeyd edib ki, qəti və cəld hərəkət etməyə hazır olmayan dövlətlərə sonradan bu xətası çox baha başa gəlir. Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu istər özünün rüşvətxorluqla bağlı istintaq işləri, istərsə hökümətinin saxlanmasıyla bağlı ən böhranlı vəziyyətini yaşayır. 

Qeyd edək ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Məhəmməd Baqiri bir müddət əvvəl İsrailin bütün təhdidlərinə cavab veriləcəyini açıqlamışdı. 

 "Bu gün İranın silahlı qüvvələri yüksək hazırlığa malik olaraq İslami İranın düşmənlərinin hərhansı təcavüz və təhdidinə cavab verməyə hazırdır. 40 ildən sonra dünyanı talayan Amerika, qəsbkar sionist rejim və region irticaçıları İran islam inqilabına zərbə endirməyə cəhd göstərirlər amma islami İrana kiçicik zərbə belə vura bilməyiblər.", -deyə  General Məhəmməd Baqiri bildirmişdi.

Onu da qeyd edək ki, İsrailin baş naziri İran əleyhinə bəyanatları ilə ölkədəki problemlərdən qaçmağa cəhd edir. O ölkəsindəki problemləri və ümumiyyətlə Yaxın Şərqdəki İsrail üçün əsas təhdidlərin İrandan gəldiyini bildirməkdədir. Bir müddət əvvəl Fox tv-nin Netanyahuya ünvanladığı "İsrail üçün ən böyük 3 problem nədir?", - sualına "İran, İran, İran", - deyə cavab vermişdi.



İsrailin baş naziri bir neçə xarici səfərini İranın təhdidlərinə görə məhdudlaşdırıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap