header

 Çavuşoğlu fransalı siyasətçilərin Qurandan bəzi ayələrin götürülməsinə dair bəyanatını tənqid edib

Türkiyənin xarici işlər naziri fransalı yazıçı və siyasətçilərdən 300 nəfərin bir bəyanat imzalayaraq, Qurandan bəzi ayələrin götürülməsini istəməsini kəskin tənqid atəşinə tutub.

Türkiyənin xarici işlər naziri fransalı yazıçı və siyasətçilərdən 300 nəfərin, o cümlədən bu ölkənin keçmiş prezidenti Nikola Sarkozinin bir bəyanat imzalayaraq, Qurandan bəzi ayələrin götürülməsini istəməsini kəskin tənqid atəşinə tutub. 

Mövldu Çavuşoğlu deyib: Bu şəxslərin gördükləri iş intellektual cəhalətdir.

Türkiyənin xarici işlər naziri dünən bir çıxışda əlavə edib: Sarkozinin də daxil olduğu nadan şəxslərdən bir qrupu Fransada Qurandan bəzi ayələrin götürülməsi zərurətini müdafiə edib.

Cavuşoğlu deyib: Məgər bizim müqəddəs kitabımız sizin yazı taxtanızdır ki, üzərində bir şeyi yaza və bir şeyi pozasınız? 

Türkiyənin xarici işlər naziri sonra belə qeyd edib: Onlar iddia ediblər ki, "Quranın bəzi ayələri yəhudiyə qarşıdır. Onlar tarix boyu yəhudilərə zülm ediblər".

Çavuşoğlu osmanlı imperiyasının tarix boyu yəhudilərin sığınacağı olduğunu vurğulayaraq, soruşub: Holokost Türkiyədəmi baş verib? Soyqırımları Türkiyədəmi baş verib?

O, habelə deyib: İsrail rejimi dövlətinin zülmlərilə müxalifik; amma eyni zamanda anti-yəhud deyilik.

Çavuşoğlu vurğulayıb: Fransalı yazıçı və siyasətçilər özlərinin son hərəkətlərilə ayaqlarını yorğanlarından kənara uzadıblar.

Türkiyənin xarici işlər naziri fransalı yazıçı və siyasətçilərdən 300 nəfərin bir bəyanat imzalayaraq, Qurandan bəzi ayələrin götürülməsini istəməsini kəskin tənqid atəşinə tutub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap