header

 Amerika nüvə sazişindən çıxsa çox ağır hesablar ödəyəcək - İran XİN

İranın xarici işlər nazirliyinin sğzcüsü Bəhram Qasimi Amerikanın nüvə sazişindən çıxmaq məsələsinə münasibət bildirib.

İslaminSesi bildirir ki, İranın xarici işlər nazirliyinin sözcüsü Bəhram Qasimi həftəlik mətbuat konfransında bildirib ki, Amerikanın bu müqavilədən çəkilməsi elə də asan olmayacaq. İran bu müqaviləni tərk edən ilk ölkə olmadığına görə  lazımı qərarların verildiyini açıqlayıb. Bəhram Qasimi vurğulayıb ki, bu müqavilədən çıxmaq ABŞ-a çox peşmançılıq gətirəcək və bu dövlət ağır bədəllər ödəyəcək: 

 

"“Tramp Ağ Evə gəldiyi gündən sazişi pozacağı ilə hədələyir. Bu, sadə məsələ deyil. İranın ABŞ-ın atacağı bu addımın qarşısında atacağı addımlar çox ağır olacaq və onları bu hərəkətinə peşman edəcəyik. ABŞ-ın ödəyəcəyi ağır bədəl bu olacaq ki, daha dünya onlara inanmayacaq. ABŞ sazişi pozmaqla dünya ictimaiyyətinin düşüncəsində özünü öhdəliklərini yerinə yetirməyən bir ölkə kimi sübut etmiş olacaq”.

İranın xarici işlər nazirliyinin sğzcüsü Bəhram Qasimi Amerikanın nüvə sazişindən çıxmaq məsələsinə münasibət bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap