header

 İsrailin İrana qarşı son illərdəki militarist siyasətinin arxasında nə durur?

Bu günlər İsrailin meydani-informasiya hərəkətləri və psixoloji əməliyyatı intensivləşmişdir. O, bununla bir tərəfdən ABŞ və Səudiyyə Ərəbistanını İrana qarşı təhrik etmək, digər tərəfdən isə sarsaq hücumlarla Suriyada İranı kiçik də olsa hərbi müdaxiləyə çəkmək istəyir.

Tashaio.com-Bəzi ekspertlər inanırlar ki, İsrailin Suriyada İran maraqlarına qarşı hücumun təkrarlanması İranı reaksiya verməyə vadar etməyə çalışır ki, bu ölkəyə qarşı təzyiqin artmasına bəhanə olsun. Belə bir təzyiq İsrailin fikrincə ən azı raket istehsalı mövzusunda yeni məhdudluqlarla qarşılaşacaqdır. Bir tərəfdən də bu hadisələrin zaman şəraiti diqqəti cəlb edir. ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından çıxacağına dair hədə-qorxu möhlətindən az zaman qalır. Bəzi dəlillərə görə onun bu razılaşmadan çıxma ehtimalı aktualdır. Buna görə də ekspertlərin fikrincə İranın hərbi regional davranışı daha çox ehtiyat tələb edir. Belə bir vəziyyətdə sionist rejimin baş naziri B. Netanhayu bir sıra gülünc nümayişlərə başlamış və İranın gizli nüvə fəaliyyəti haqqında yeni sənədlərə əl tapdığını iddia etmişdir. Onun televiziyadakı çıxşı piltəli bir bomba rəsmini BMT-ə aparması kimidir. Əlbəttə ölkəmizin xarici işlər naziri Netanyahunun bu təşəbbüsünə reaksiya vermişdir. Məhəmmədcavad Zərif onu yalançı çoban adlandırmışdır. Beynəlxalq nüvə agentliyi yoxlama qrupunun keçmiş sədri bildirmişdir ki, Netanyahunun verdiyi sənədlər 2005-ci ildə agentliyə verilmiş sənədlərdir ki, İranın nüvə fəaliyyətinin olmadığını göstərirdi. Sionistlərin hazırkı məqsədi nüvə razılığının Tramp tərəfindən ləğv edilməsi, İrana qarşı yeni embarqoların tətbiq edilməsi və İran İslam Respublikasına qarşı hərbi hücumun həyata keçirilməsidir. Hətta Tramp razılaşmanın davamı üçün yeni şərtlər qoyub İranın raket proqramı və regional siyasətinə təzyiq göstərərsə İsrailin İran qarşısında xeyrinə olacaqdır. Buna görədir ki, işğalçı rejim İranın Suriyada hərbi mövcudluğunu ciddi təhlükə hesab etmişdir. Bununla yanaşı Ağ Ev rəsmilərinin İrana qarşı komponenti də İsrailin istədiyi olan nadir komponentdir. Donald Trampın təhlükəsizlik üzrə məsləhətçisi Con Bulten və xarici işlər naziri Maik Pompeo kimi şəxslərin bu komponentdə olması Trampın ən ekstremist anti-İran şəxsiyyətləri öz ətrafına yığdığını göstərir.

Məhəmməd bin Salman kimi ambisiya düşgününün Səudiyyə Ərəbistanında yüksəlməsi anti-İran cədvəlini tamamlayan hadisələrdən biridir. Sionist rejimi belə bir şəraitdə çoxdan yuxusunu gördüyü ABŞ-n İrana hərbi hücumunun heyata keçirilməsinə çox meyl göstərir. Bu istiqamətdə bu günlər İsrailin hərbi, informasiya və psixoloji əməliyyatları intensivləşmişdir ki, bir tərəfdən Amerika və səudiyyəliləri İrana qarşı təhrik etsin, digər tərəfdən isə sarsaq hücumları ilə İranı məhdud şəkildə olsa da Suriya münaqişəsinə bir başa daxil etsin. Əlbəttə İran bu oyuna girməyəcək qədər ayıqdır. Axı Netanyahunun da xınası öz rəngini itirmişdir. Buna görə də beynəlxalq nüvə agentliyi indiyə kimi İranın vüvə fəaliyyətinə dair İsrailin iddia etdiyi sənədləri görməmişik deyə bildirmişdir. Nə isə İrana hərbi hücum İsrailin təsəvvürü qədər də asan deyildir. İnqilab rəhbərinin son çıxışında ikinci dəfə olaraq vurğuladığı kimi quldurluq dövrü artıq sovuşmuşdur. Amerika və onun müttəfiqləri bizə hücum etsələr ağır bir ödəmə verməli olacaqlar.

Bu günlər İsrailin meydani-informasiya hərəkətləri və psixoloji əməliyyatı intensivləşmişdir. O, bununla bir tərəfdən ABŞ və Səudiyyə Ərəbistanını İrana qarşı təhrik etmək, digər tərəfdən isə sarsaq hücumlarla Suriyada İranı kiçik də olsa hərbi müdaxiləyə çəkmək istəyir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap