header

 Bakıda "Zühurun İntizarında" adlı mövlud tədbiri keçirilib - FOTO

AİP Qadınlar Şurası İmam Zamanın (ə.f) əziz mövludu münasibəti ilə "Zühurun İntizarında" adlı tədbir keçirib.

İslaminSesi  xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova qonaqları salamlayaraq, bayramlarını təbrik edib. Daha sonra çıxışına davam edib: "Bu əziz gün, dünyanı nura bürüyən gündür.  Bu münasibətlə   xanım Fatimeyi Zəhra (ə) - ı Əhli-beyt sevərləri təbrik edirəm”.

  Tədbirdə bir çox ziyalılar çıxış ediblər. Onlar zühurun intizarında görüləcək əməllərdən bəhs ediblər.  "Qələmin Sədası" ədəbi birliyinin üzvləri Mərifət xanım, Nazilə Sədi şeirləri ilə mərasimə rəng qatıblar. Daha sonra ilahiyyatçı xanım  Aynurə Kazımova zühurun gerçəkləşməsi üçün görüləcək işlərdən bəhs edərək bildirib ki, bu dönəmdə üzərimizə həddindən artıq məsuliyyət düşür. Möminlər bu zaman kəsiyindən var qüvvələri ilə faydalanmalıdırlar. Qeybət dövrünün səadət və nemət olduğu xüsusi vurğulanıb. 

 Daha sonra məclisdə "Fatimə" jurnalının redaktoru Kəklik xanım Heydərzadəyə söz verilib. O, bildirib ki, bu gün həqiqətən mübarək gündür. Mövlud günü münasibəti ilə tədbir iştirakçılarına "Fatimə" jurnalı bəxş olunub və "Qələmin Sədası" ədəbi birliyinin  üzvləri mükafatlandırılıb. 

 Tədbir digər iştirakçıların çıxışları və şeirlərlə  davam etdirilib. 

 

AİP Qadınlar Şurası İmam Zamanın (ə.f) əziz mövludu münasibəti ilə "Zühurun İntizarında" adlı tədbir keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap