header

 Necə namaz qılmalıyıq (1)


image

Namaz iki növ əməldən təşkil olunmuşdur.

1-Hərəkət və vəziyyətlər;

2-Tilavətlər;

Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir.

1-Düz və aram dayanmaq;

2-Ruku; (əyilmək);

3-Səcdə (alını yerə və ya möhürə qoymaq);

4-Təşəhhüd və salam demək üçün əyləşmək;

Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:

1-Allahu əkbər;

2-Fatihə və surə;

3-Rüku və səcdələrin zikri;

4-Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti (ə) üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək.

Bununla da namaz sona yetir.

Dini göstərişlərə əsasən, hər bir müsəlman gündə beş dəfə namaz qılıb, Allaha ibadət etməlidir.

Hər bir müsəlmana vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:

1-Sübh namazı -İki rəkət (Dan yeri söküləndən gün çıxana qədər);

2-Zöhr namazı  -Dörd rəkət (Günorta çağı);

3-Əsr namazı -Dörd rəkət (Günortadan bir az sonra);

4-Məğrib namazı -Üç rəkət (Gün batandan sonra);

5-İşa namazı -Dörd rəkət (Məğrib namazından bir az sonra). Namazın hər bir rəkəti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), ruku və səcdələrdən təşkil olunmuşdur.Hər iki rəkətdən sonra bir təşəhhüd oxunmalıdır.Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rəkət qılınır.

İki rəkətdən ibarət olan Sübh namazının qılınma qaydasını öyrəndikdə, digər vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün asanlaşacaqdır. Elə buna görə də hər şeydən öncə yalnız namazın vacib hissəsini qeyd edəcək və daha sonra namazın bir sıra müstəhəb əməllərini diqqətinizə çatdıracağıq.

Sübh Namazı

Sübh namazı 2 rəkətdir və dan yeri söküləndən sonra qılınır.

Dəstəmaz aldıqdan sonra, qibləyə tərəf durur və namaza başlayırıq.

1- Niyyət:

Ayaq üstə duran halda «Sübh namazını qılıram, qürbətən iləllah» sözünü qəlbdən keçirmək.

2- Təkbirətul-ehram:

tekbir_518  

İki əlləri qulaqlara qədər qaldırıb, «Allahu əkbər» deyərək namaza başlamaq.

3- Qiraət: «Allahu əkbər» dedikdən sonra ayaq üstə duran halda «Həmd» və «İxlas» surələrini oxumaq.

qiyam_515  

«Həmd» surəsi belədir:  Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Ərrəhmanir-Rəhim. Maliki yəvmid-din. İyyakə nəbudu və iyyakə nəstəin. İhdinəs-siratəl-mustəqim. Siratəlləzinə ənəmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin.

«Həmd» surəsini oxuduqdan sonra «İxlas» surəsini oxuyuruq. «İxlas» surəsi isə belədir: Bismillahir-Rəhmanir-Rəhim. Qul huvəllahu əhəd. Əllahus-saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kufuvən əhəd.

4-Ruku.

ruku_381   

"Həmd» və «İxlas» surələrini oxuduqdan sonra əyilib əllərimizi dizlərimizə qoyaraq, üç dəfə «Subhanəllah» demək və daha sonra ayağa qalxmaq.

5-Səcdə:

secde_517  

Qiyamdan sonra səcdəyə gedərək, alnımızı möhürə qoyub üç dəfə «Subhanəllah» demək.

Qeyd etmək lazımdır ki, səcdə halında alın, əllərin içi, ayaqların baş barmaqları və diz qapaqları yerə qoyulmalıdır.

Birinci səcdədən baş qaldıraraq bir anlıq diz üstə oturur və bir daha səcdəya gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.

İkınci səcdəni yerinə yetirdikdən sonra yenidən diz üstə oturur və bununla da namazın birinci rəkətini qılmış oluruq.

Namazın ikinci rəkətini qılmaq üçün ikinci səcdədən sonra bir anlıq diz üstə əyləşir, daha sonra dərhal ayağa qalxaraq «Həmd» və «İxlas» surələrini oxuyuruq.

6-Qunut:

qunut_514  

Namazın bu hissəsi vacib olmasa da bəyənilmiş bir iş sayılır.

Qunut, 2-ci rəkətdə «Həmd» və «İxlas» surələrindən sonra və rukuya getməzdən öncə oxunur.

Qunutda iki əllərin içini üzümüz önündə tutaraq, dua oxuyuruq. Qunutda bu duanı oxumaq daha yaxşıdır: «Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd».

Qunutdan sonra əllərimizi yanımıza salıb, rukuya gedir və üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.

Bundan sonra ayaq üstə durur və bir az dayandıqdan sonra səcdəyə gedərək, üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.

Bu zikrləri dedıkdən sonra səcdədən qalxır və azacıq dayandıqdan sonra bir daha səcdəyə gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.

7-Təşəhhüd.

tesehhud_522 

Ikinci səcdədən sonra diz üstə əyləşib bu sözləri deyirik:

Əlhəmdulillah, Əşhədu əlla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.

8-Salam:

Təşəhhüd sona çatdıqdan sonra belə deyirik: Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salihin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Salamı dedikdən sonra, üç dəfə «Allahu əkbər» deyir və beləliklə də sübh namazını sona çatdırırıq.

Qeyd etmək lazımdır ki, hər namaz qurtardıqdan sonra alını möhürə qoyub, şükr səcdəsi etmək və səcdədə üç dəfə «Şukrən lillah» (yəni; Allaha şükr olsun) sözünü demək bəyənilmiş işlərdən sayılır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap