header

 MÜBARƏK ŞƏBAN AYININ 15-Cİ GÜNÜNÜN GECƏSİNƏ MƏXSUS ƏMƏL VƏ DUALAR

Mübarək Şəban ayının 15-ci gününün gecəsi (Mayın 1-i) çox mübarək bir gecədir.

Mübarək Şəban ayının 15-ci gününün gecəsi (Mayın 1-i) çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Şəban ay‎ını‎n 15-ci gününün gecəsinin fəziləti barədə soruşulduqda, Həzrət buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həmin gecə Allah-Taala bəxşiş qap‎ısı‎nı‎ Öz bəndələrinin üzünə açar, onları‎ Öz kərəm və lütfü ilə bağış‎layar. Bu gecə Allaha daha da yaxı‎n olmağınız üçün çalışın. Bu elə bir gecədir ki, Allah-Taala Öz müqəddəs zat‎ına and içmidir ki, günahdan başqa, hər bir şeyi Ondan diləyənin əlini boş qaytarması‎n. Bu, elə bir gecədir ki, Allah-Taala “Qədr gecəsi”ni Peyğəmbər (s) üçün qərar verdiyi kimi, bu gecəni də bizim üçün qərar vermişdir. Elə isə həmin gecəni Allaha çoxlu həmd-səna və dua edin!”

Həmçinin Peyğəmbər (s) zövcəsi Ayişəyə buyurmuşdur: “Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şəban ayının 15-ci gecəsidir. Bu gecə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur...”

Mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəzilətlərindən biri də imam Zamanın (ə.c.) həmin gecənin səhəri, hicri-qəməri tarixi ilə 255-ci ildə (miladi-878) Samirra şəhərində dünyaya göz açmasıdır. Bu gecənin bir neçə əməli vard‎ır:

1. Qüsl etmək;

2. “Ehya saxlamaq” (gecəni səhərə qədər oyaq qalıb ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kəs bu gecəni ehya saxlasa, bütün qəlblərin öləcəyi gün – qiyamət günü onun qəlbi ölməz.

3. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də imam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etməkdir.

4. Bu duanı oxumaq:

اَللّهُمَّ بِحَقِّ لَيْلَتِنا [هذِهِ‏] وَمَوْلُودِها، وَحُجَّتِكَ وَمَوْعُودِهَا الَّتى‏ قَرَنْتَ اِلى‏  فَضْلِها فَضْلاً، فَتَمَّتْ كَلِمَتُكَ‏صِدْقاً وَعَدْلاً، لا مُبَدِّلَ لِكَلِماتِكَ وَلا مُعَقِّبَ‏ لِأياتِكَ، نُورُكَ الْمُتَاَ لِّقُ،وَضِيآؤُكَ الْمُشْرِقُ، وَالْعَلَمُ النُّورُ، فى‏ طَخْيآءِ الدَّيْجُورِ، الْغائِبُ‏الْمَسْتُورُ، جَلَّ مَوْلِدُهُ، وَكَرُمَ مَحْتِدُهُ، وَالْمَلائِكَةُ شُهَّدُهُ، وَاللَّهُ‏ ناصِرُهُ وَمُؤَيِّدُهُ، اِذا آنَ ميعادُهُ، وَالْمَلائِكَةُ اَمْدادُهُ، سَيْفُ اللَّهِ الَّذى‏ لا يَنْبوُ، وَنُورُهُ الَّذى‏ لا يَخْبوُ، وَ ذوُالْحِلْمِ الَّذى‏ لا يَصْبوُا، مَدارُ الَّدهْرِ، وَنَواميسُ الْعَصْرِ، وَوُلاةُ الْأَمْرِ، وَالْمُنَزَّلُ عَلَيْهِمْ ما يَتَنَزَّلُ فى‏ لَيْلَةِ الْقَدْرِ، وَاَصْحابُ الْحَشْرِ وَالنَّشْرِ، تَراجِمَةُ وَحْيِهِ، وَوُلاةُ اَمْرِهِ وَنَهْيِهِ، اَللّهُمَّ فَصَلِّ عَلى‏ خاتِمِهْم وَقآئِمِهِمُ الْمَسْتُورِ عَنْ عَوالِمِهِمْ اَللّهُمَ‏ وَاَدْرِكَ بِنا أَيَّامَهُ، وَظُهُورَهُ وَقِيامَهُ، وَاجْعَلْنا مِنْ اَنْصارِهِ، وَاقْرِنْ ثارَنا بِثارِهِ، وَاكْتُبْنا فى‏ اَعْوانِهِ وَخُلَصآئِهِ، وَاَحْيِنا فى‏ دَوْلَتِهِ ناعِمينَ، وَبِصُحْبَتِهِ غانِمينَ، وَبِحَقِّهِ قآئِمينَ، وَمِنَ السُّوءِ سالِمينَ يا اَرْحَمَ‏ الرَّاحِمينَ، وَالْحَمْدُللَّهِ‏ِ رَبِّ الْعالَمينَ، وَصَلَواتُهُ عَلى‏ سَيِّدِنا مُحَمَّدٍ خاتَمِ النَّبِيّينَ وَالْمُرْسَلينَ، وَعَلى‏ اَهْلِ بَيْتِهِ الصَّادِقينَ وَعِتْرَتِهَ‏ النَّاطِقينَ، وَالْعَنْ جَميعَ الظَّالِمينَ، واحْكُمْ بَيْنَنا وَبَيْنَهُمْ يا اَحْكَمَ الْحاكِمينَ

Duanın oxunuşu: Əllahummə bihəqqi ləylətina (hazihi) və məvludiha, və huccətikə və məv`udihəlləti qərəntə ila fəzliha fəzla, fətəmmət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatik, və la muəqqibə liayatikə nurukəl mutəəlliq, və ziyaukəl muşriq, vəl ələmun-nuru fi təxyaid-dəycuril ğaibul məstur, cəllə məvliduhu və kərumə məhtiduh, vəl məlaikətu şuhhəduh, vəllahu nasiruhu və muəyyiduhu iza anə miaduh, vəl məlaikətu əmdaduhu səyfullahilləzi la yənbu, və nuruhulləzi la yəxbu, və zul hilmilləzi la yəsbu mədarud-dəhr, və nəvamisul əsri və vulatul əmr, vəl munəzzəlu ələyhim-ma yətənəzzəlu fi ləylətil qədr, və əshabul həşri vən-nəşri təracimətu vəhyih, və vulatu əmrihi və nəhyih. Əllahummə fəsəlli əla xatimihim və qaimihimul məsturi ən əvalihim. Əllahummə və ədrik bina əyyaməhu və zuhurəhu və qiyaməh, vəc`əlna min ənsarihi vəqrin sarəna bisarih, vəktubna fi ə`vanihi və xuləsaih, və əhyina fi dəvlətihi naiminə və bisuhbətihi ğanimin, və bihəqqihi qaimin, və minəs-sui saliminə ya ərhəmər-rahimin, vəl həmdu lilahi rəbbil aləmin, və sələvatuhu əla səyyidina Muhəmmədin xatəmin-nəbiyyin, vəl mursəlinə və əla əhli-bəytihis-sadiqin, və itrətihin-natiqin, vəl`ən cəmiəz-zalimin, vəhkum bəynəna və bəynəhum ya əhkəməl hakimin.

Duanın tərcüməsi: İlahi, Sənə and verirəm bu gecənin haqqını, bu gecə dünyaya göz açan, Sənin höccətin, həmin gecə vədəsi verilən və fəzilətinə yeni bir fəzilət əlavə etdiyin şəxsin haqqını! Bununla da, Sənin sözlərin sədaqət və ədalət baxımından tamamlandı. Sənin sözlərini heç kəs dəyişə və nişanələrini geri çevirə bilməz. (Həmin sözlər) Sənin parlayan və işıqlı nurun, qaranlıq gecədə aydın əlamət, gözlərdən qaib və gizli olan imamdır. Onun mövludu böyük və nəsil-nəcabəti kəramətlidir. Mələklər ona şahiddir. Allah vədəsi çatan zaman onun köməkçisi və dəstəkləyəni, mələklər yardımçısıdır. O, Allahın kütləşməyən qılıncı, sönməyən nuru, yersiz iş görməyən helm sahibidir və ruzigar ona xatir dövr edir. O və məsum ata-babaları əsrin namusu, əmr sahibləridir, “qədr” gecəsi (yer üzünə) nazil olanlar onlara da nazil olur. Onlar “həşr” (məhşər günü) və “nəşr” (insanların qəbirdən baş qaldıracağı gün) səhabələri, ilahi vəhyin təfsirçiləri, əmr və qadağalarının sahibidirlər. İlahi, onların sonuncusu, qaimi və gizli olan hidayət imamına salam yetir! İlahi, onun dövranını, zühur və qiyamını bizə göstər, bizi onun köməkçilərindən təyin et, intiqamımızı onun intiqamına yaxın et, adımızı onun köməkçiləri və xalis dostlarının zümrəsində yaz, bizi onun hakimiyyəti dövründə dirilt ki, nemətə qərq olaq, sevinib şad olaq, onunla birgə olmaqla faydalanaq, onun haqqını bərpa etmək üçün qiyam edək və pisliklərdən amanda qalaq! Ey mehribanların ən mehribanı! Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salamı olsun sərvərimiz, peyğəmbər və elçilərin sonuncusu Mühəmmədə, onun sadiq Əhli-beyti və haqqı deyən xanədanına! İlahi, bütün zalımlara lənət et, bizimlə onların arasında hökm kəs, ey hökm kəsənlərin ən yaxşısı!

5. Peyğəmbərin (s) həmin gecə oxuduğu bu duanı oxumaq:

اَللَّهُمَّ اقْسِمْ لَنا مِنْ خَشْيَتِكَ ما يَحُولُ بَيْنَنا وَبَيْنَ مَعْصِيَتِكَ، وَمِنْ طاعَتِكَ ما تُبَلِّغُنا بِهِ رِضْوانَكَ وَمِنَ الْيَقينِ ما يَهُونُ عَلَيْنا بِهِ  مُصيباتُ الدُّنْيا، اَللّهُمَّ اَمْتِعْنا بِاَسْماعِنا وَاَبْصارِنا وَقُوَّتِنا ما اَحْيَيْتَنا، وَاجْعَلْهُ الْوارِثَ مِنَّا، وَاجْعَلْ ثارَنا عَلى‏ مَنْ‏ظَلَمَنا، وَانْصُرنا عَلى‏ مَنْ عادانا، وَلا تَجْعَلْ مُصيبَتَنا فى‏ دينِنا وَلا تَجْعَلِ الدُّنْيا اَكْبَرَ هَمِّنا، وَلا مَبْلَغَ عِلْمِنا، وَلا تُسَلِّطْ عَلَيْنا مَنْ لا يَرْحَمُنا، بِرَحْمَتِكَ يا اَرْحَمَ الرَّاحِمينَ

Duanın oxunuşu: Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik, və min taətikə ma tubəlliğuna bihi rizvanək, və minəl yəqini ma yəhunu ələyna bihi musibətud-dunya. Əllahummə əmti`na biəsmaina və əbsarina və quvvətina ma əhyəytəna, vəc`əlhul varisə minna, vəc`əl sarəna əla mən zələməna, vənsurna əla mən adana, və la təc`əl musibətəna fi dinina, və la təc`əlid-dunya əkbərə həmmina, və la məbləğə ilmina, və la tusəllit ələyna mən la yərhəmna, birəhmətikə ya ərhəmər-rahimin.

Duanın tərcüməsi: İlahi, bizə bizimlə Sənə itaətsizlik arasında fasilə yaradacaq qədər qorxunu (xof məqamını), bizi Sənin razılığına çatdıracaq qədər itaətini və dünyanın müsibətlərini bizə asanlaşdıracaq qədər yəqin nəsib et! İlahi, bizi yaşadığımız vaxta qədər qulaqlarımız, gözlərimiz və qüvvətimizlə faydalandır, onu bizim varisimizə ver, qanımızı bizə zülm edənlərin boynuna at, bizə bizimlə düşmənçilik edənlərə qarşı yardım et, müsibətimizi dinimizdə, dünyanı ən böyük kədərimiz və elmimizin son həddi qərar vermə, bizə rəhmət etməyənləri bizə hakim etmə! Sənə and veririk Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!

Bu duanın digər günlərdə də oxunması tövsiyə olunur. “Əvaliul-ləali” kitabı‎nda nəql olunur ki, Peyğəmbər (s) bu duanı daim‎ oxuyarmış.

6. Çoxlu salavat demək;

7. “Kumeyl” duasını oxumaq; “Kumeyl” duasını hər cümə axşamı, həm də mübarək Şəban ayının 15-ci gününün gecəsi oxumaq tövsiyə olunur.

8. “Subhanəllah”, “Əlhəmdu lillah”, “Əllahu-əkbər”, “La ilahə illəllah” zikrlərinin hər birini yüz dəfə demək;

9. “Misbah” kitabında Əbu Yəhyadan nəql olunan bir hədisdə mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəziləti barədə belə deyilir: “İmam Sadiqdən (ə): “Bu gecə hansı duanı oxusam, savabı daha çox olar?” – deyə soruşdum.

Həzrət belə buyurdu: “İşa namazını qıldıqdan sonra, iki rükət bu qayda ilə namaz qıl; bininci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsini oxu. Salamları verdikdən sonra 34 dəfə “Əllahu-əkbər”, 33 dəfə “Əlhəmdu lillah” və 33 dəfə “Subhanəllah” de və sonra bu duanı oxu:

يا مَنْ اِلَيْهِ مَلْجَأُ الْعِبادِ فِى الْمُهِمَّاتِ، وَاِلَيْهِ يَفْزَعُ الْخَلْقُ فىِ الْمُلِمَّاتِ، يا عالِمَ الْجَهْرِ وَالْخَفِيَّاتِ، وَ يا مَنْ لا تَخْفى‏ عَلَيْهِ خَواطِرُ الْأَوْهامِ، وَتَصَرُّفُ الْخَطَراتِ، يا رَبَّ الْخَلايِقِ وَالْبَرِيَّاتِ، يا مَنْ بِيَدِهِ مَلَكُوتُ‏ الْأَرَضينَ وَالسَّمواتِ، اَنْتَ اللَّهُ لا اِلهَ اِلاَّ اَنْتَ، اَمُتُّ اِلَيْكَ بِلا اِلهَ اِلاَّ اَنْتَ، فَيا لا اِلهَ اِلاَّ اَنْتَ، اجْعَلْنى‏ فى‏ هِذِهِ اللَّيْلَةِ مِمَّنْ نَظَرْتَ اِلَيْهِ‏فَرَحِمْتَهُ، وَسَمِعْتَ دُعآئَهُ فَاَجَبْتَهُ، وَعَلِمْتَ اسْتِقالَتَهُ فَاَقَلْتَهُ، وَتَجاوَزْتَ عَنْ سالِفِ خَطيئَتِهِ وَعَظيمِ جَريرَتِهِ فَقَدِ اسْتَجَرْتُ بِكَ‏ مِنْ ذُنُوبى‏، وَلَجَاْتُ اِلَيْكَ فى‏ سَتْرِ عُيُوبى‏، اَللّهُمَّ فَجُدْ عَلَىَّ بِكَرَمِكَ‏ وَفَضْلِكَ، وَاحْطُطْ خَطاياىَ بِحِلْمِكَ وَعَفْوِكَ، وَتَغَمَّدْنى‏ فى‏ هذِهِ‏ اللَّيْلَةِ بِسابِغِ كَرامَتِكَ، وَاجْعَلْنى‏ فيها مِنْ اَوْلِيآئِكَ، الَّذينَ اجْتَبَيْتَهُمْ‏ لِطاعَتِكَ، وَاخْتَرْتَهُمْ لِعِبادَتِكَ، وَجَعَلْتَهُمْ خالِصَتَكَ وَصِفْوَتَكَ، اَللّهُمَ‏ اجْعَلْنى‏ مِمَّنْ سَعَدَ جَدُّهُ، وَتَوَفَّرَ مِنَ الْخَيْراتِ حَظُّهُ، وَاجْعَلْنى‏ مِمَّنْ‏ سَلِمَ فَنَعِمَ، وَفازَ فَغَنِمَ، وَاكْفِنى‏ شَرَّ ما اَسْلَفْتُ، وَاعْصِمْنى‏ مِنَ الْإِزدِيادِ فى‏ مَعْصِيَتكَ، وَحَبِّبْ اِلَىَّ طاعَتَكَ، وَما يُقَرِّبُنى‏ مِنْكَ، وَيُزْلِفُنى‏ عِنْدَكَ، سَيِّدى‏ اِلَيْكَ يَلْجَأُ الْهارِبُ، وَمِنْكَ يَلْتَمِسُ الطَّالِبُ، وَعَلى‏ كَرَمِكَ‏ يُعَوِّلُ الْمُسْتَقيلُ التَّائِبُ اَدَّبْتَ عِبادَكَ بالتَّكَرُّمِ، وَاَنْتَ اَكْرَمُ الْأَكْرَمينَ، وَاَمَرْتَ بِالْعَفْوِ عِبادَكَ وَاَنْتَ الْغَفُورُ الرَّحيمُ، اَللّهُمَّ فَلا تَحْرِمْنى‏ ما رَجَوْتُ مِنْ كَرَمِكَ، وَلا تُؤْيِسْنى‏ مِنْ سابِغِ نِعَمِكَ، وَلا تُخَيِّبْنى‏ مِنْ‏ جَزيلِ قِسَمِكَ فى‏ هذِهِ اللَّيْلَةِ لِأَهْلِ طاعَتِكَ، وَاجْعَلْنى‏ فى‏ جُنَّةٍ مِنْ‏ شِرارِ بَرِيَّتِكَ، رَبِّ اِنْ لَمْ اَكُنْ مِنْ اَهْلِ ذلِكَ، فَاَنْتَ اَهْلُ الْكَرَمِ وَالْعَفْوِ وَالْمَغْفِرَةِ، وَجُدْ عَلَىَّ بِما اَنْتَ اَهْلُهُ، لا بِما اَسْتَحِقُّهُ، فَقَدْ حَسُنَ ظَنّى‏ بِكَ، وَتَحَقَّقَ رَجآئى‏ لَكَ، وَعَلِقَتْ نَفْسى‏ بِكَرَمِكَ، فَاَنْتَ اَرْحَمُ‏ الرَّاحِمينَ، وَاَكْرَمُ الْأَكْرَمينَ، اَللّهُمَّ وَاخْصُصْنى‏ مِنْ كَرَمِكَ بِجَزيلِ‏ قِسَمِكَ، وَاَعُوذُ بِعَفْوِكَ. مِنْ عُقُوبَتِكَ، وَاغْفِر لِىَ الَّذنْبَ الَّذى‏ يَحْبِسُ‏ عَلَىَّ الْخُلُقَ، وَيُضَيِّقُ عَلىَّ الرِّزْقَ، حَتّى‏ اَقُومَ بِصالِحِ رِضاكَ، وَاَنْعَمَ‏ بِجَزيلِ عَطآئِكَ، وَاَسْعَدَ بِسابِغِ نَعْمآئِكَ، فَقَدْ لُذْتُ بِحَرَمِكَ‏ وَتَعَرَّضْتُ لِكَرَمِكَ، وَاسْتَعَذْتُ بِعَفْوِكَ مِنْ عُقُوبَتِكَ، وَبِحِلْمِكَ مِنْ‏ غَضَبِكَ فَجُدْ بِما سَئَلْتُكَ، وَاَنِلْ مَا الْتَمَسْتُ مِنْكَ، اَسْئَلُكَ بِكَ لا بِشَى‏ءٍ هُوَ اَعْظَمُ مِنْكَ

Duanın oxunuşu: Ya mən iləyhi məlcəul ibadi fil muhimmat, və iləyhi yəfzəul xəlqu fil mulimmat, ya aliməl cəhri vəl xəfiyyat, (və) ya mən la təxfa ələyhi xəvatirul əvham, və təsərruful xətərat, ya rəbbəl xəlaiqi vəl bəriyyat, ya mən biyədihi mələkutul ərəzinə vəs-səmavat, əntəllahu la ilahə illa ənt, əmuttu iləykə bila ilahi illa ənt, fəya la ilahə illa ənt, ic`əlni fi hazihil-ləyləti mimmən nəzərtə iləyhi fərəhimtəh, və səmi`tə duaəhu fəəcəbtəh, və əlimtəstiqalətəhu fəəqəltəhu və təcavəztə ən salifi xətiətih, və əzimi cərirətih, fəqədistəcərtu bikə min zunubi, və ləcə`tu iləykə fi sətri uyubi. Əllahummə fəcud ələyyə bikərəmik, vəhtut xətayaə bihilmikəlləzinəctəbəytəhum litaətik, vəxtərtəhum liibadətik, və cəəltəhum xalisətəkə və sifvətək. Əllahumməc`əlni mimmən səədə cədduh, və təvəfərə minəl xəyrati həzzuh, vəc`əlni mimmən səlimə fənəimə və farə fəğənim, vəkfini ərrə ma əsləftu və`simni minəl izdiyadi fi mə`siyətik, və həbbib iləyyə taətək, və ma yuqərribuni minkə və yuzlifuni indək, səyyidi iləykə yəlcəul harib, və minkə yəltəmisut-talib, və əla kərəmikə yuəvvilul mustəqilut-taib, əddəbtə əbadəkə bit-təkərrumi və əntə əkrəmul əkrəmin, və əmərtə bil əfvi ibadək, və əntəl ğəfurur-rəhim. Əllahummə fəla təhrimni ma rəcəvtu min kərəmik, və la tu`yisni min sabiği niəmik, və la tuxəyyibni min cəzili qisəmik, fi hazihil-ləyləti li əhli taətik, vəc`əlni fi cunnətin min şirari bəriyyətik, rəbbi in ləm əkun min əhli zalik, fəəntə əhlul kərəmi vəl əfvi vəl məğfirəh, və cud ələyyə bima əntə əhluh, la bima əstəhiqquh, fəqəd həsunə zənni bikə və təhəqqəqə rəcai lək, və əliqət nəfsi bikərəmik, fəəntə ərhəmur-rahimin, və əkrəmul əkrəmin. Əllahummə vəxsusni min kərəmikə bicəzili qisəmik, və əuzu biəfvikə min uqubətik, vəğfir liyəz-zənbəlləzi yəhbisu ələyyəl xuluq, və yuzəyyiqu ələyyər-rizq, hətta əqumə bisalihi rizak, və ən`əmə bicəzili ətaik, və əs`ədə bisabiği nə`maik, fəqəd luztu bihərəmik, və təərrəztu likərəmikə vəstəəztu biəfvikə min uqubətik, və bihilmikə min ğəzəbik, fəcud bima səəltuk, və ənil məltəməstu mink, əs`əlukə bikə la biəy`in huvə ə`zəmu mink.

Duanın tərcüməsi: Ey bəndələrin qəm-qüssələr zamanı pənahgahı‎! Hamı‎ ağı‎r hadisələrdə Onun dərgah‎ında ah-nalə edir. Ey aşkar və gizli alim! Ey qəlblərdən keçənlərdən və düşüncələrdə xatirələrin yaşanması‎ndan xəbərdar olan! Ey məxluqat və yaranmş‎ları‎n Rəbbi! Ey yerlər və göylərin hökmranl‎ığı‎ əlində olan! Sənsən Allah! Səndən başqa heç bir tanrı‎ yoxdur. “La ilahə illa əntə” (Səndən başqa heç bir tanr‎ı yoxdur) ibarəsi ilə Sənə iman gətirdim. Elə isə, ey Səndən başqa heç bir tanrı olmayan, bu gecə məni Sənə nəzər sal‎ıb mərhəmətini şamil etdiyin, duası‎nı‎ eşidib rəva qı‎ldı‎ğ‎ın, peşmanç‎ıl‎ığı‎n‎ı bilib qəbul etdiyin, keçmiş xətaları‎n‎ı və böyük günahları‎n‎ı bağış‎lad‎ığı‎n kəslərdən qərar ver! İlahi, günahları‎mdan Sənə pənah gətirmiş və eyiblərimin örtülməsində Sənə s‎ığı‎nmış‎am! İlahi, Öz kərəm və fəzlinlə mənə ehsan et, helmin və əfvinlə günahlar‎ımı‎ bağ‎ışla, bu gecə məni geniş kəramətinə bürü, məni Öz itaət və pərəstişinə seçdiyin, xalis və xüsusi bəndələrindən təyin etdiyin dostlar‎ını‎n s‎ırası‎na qat! İlahi, məni çal‎ışqanl‎ıqlar‎ nəticəsində səadətə yetən, yax‏‎şı işlərindən faydalanan, həmçinin sağlam olduqları‎ və nicat tapd‎ıqlar‎ı halda nemətə qərq olan kəslərin s‎ıras‎ında yaz, keçmişdə yerinə yetirdiyim şər işlərdə mənə yetərli ol, məni Sənə itaətsizliyimi çoxaltmaqdan saxla, itaətini və məni Sənə yaxı‎nlaşdı‎ran ibadət və əməlləri mənə sevimli et! Ey mənim mövlam, qaçanlar Sənin dərgah‎ına s‎ığ‎ını‎r, istəyənlər Sənə yalvar‎ır və günahlar‎ından üz çevirib tövbə edənlər Sənin kəramətinə arxalanı‎rlar. Bəndələrini kəramətinlə ədəbləndirdin və Sən kəramətlilərin ən kəramətlisisən! Bəndələrini əfv və güzəştə əmr etdin və Sən bağış‎layan və mehribansan! İlahi, məni kəramətinə ümid etdiklərimdən məhrum və geniş nemətlərindən naümid etmə, bu gecə Sənə itaət edənlər üçün yazdı‎ğ‎ın böyük qismətlərdən bəhrəsiz qoyma və məni yaratd‎ıqlar‎ını‎n şərlərindən Öz pənah‎ında qoru! Ey mənim Rəbbim, əgər mənim buna ləyaqətim olmasa da, Sən kərəm, əfv və məğfirət sahibisən! Mənə layiq olan tərzdə yox, Sənin məqamı‎na layiq olduğu kimi, məni bağış‎la. Çünki mən Sənə qar‏‎şı yaxşı‏‎ gümandayam, Sənə ümidim həqiqətdir və can‎ım kərəminə bağlı‎d‎ır. Sən mehribanları‎n ən mehriban‎ı və kəramətlilərin ən kəramətlisisən! İlahi, kərəminlə böyük qismətlərini mənə şamil et! Mən Sənin əzab‎ından əfvinə s‎ığ‎ın‎ıram. Mənim əxlaq‎ımı‎ həbs edən və ruzimi azaldan günah‎ımı‎ bağış‎la ki, Sənin razı‎lı‎ğ‎ına uyğun işlərlə məşğul olum, firavan hədiyyələrinə qərq olum və geniş nemətlərinlə səadətə çat‎ım. Həqiqətən, mən Sənin müqəddəs zatı‎na s‎ığı‎nmış‎, kərəminə üz tutmuş, əzab‎ından əfvinə və qəzəbindən səbrinə pənah gətirmişəm. Elə isə, Səndən istədiklərimi mənə əta et və Səndən dilədiklərimi mənə çatdı‎r. Sənə Özünü and verirəm, çünki heç bir şey Səndən böyük deyil!

Sonra səcdəyə gedərək, 20 dəfə “Ya Rəbbi”, 7 dəfə “Ya Allah”, 7 dəfə “La həvlə və la quvvətə illa billah”, 10 dəfə “Maşaəllah” və 10 dəfə “La quvvətə illa billah” dedikdən sonar, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat göndərib hacətini Allahdan istəyirsən…

10. Əbu Yəhya Sənani imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql edir: “Şəban ay‎ını‎n 15-ci gününün gecəsi dörd rükət namaz q‎ıl; belə ki, hər rükətində “Həmd”dən sonra yüz dəfə “İxlas” surəsini oxu və namazdan sonar de:

اَللّهُمَّ اِنّى‏ اِلَيْكَ فَقيرٌ، وَمِنْ عَذاِبكَ خائِفٌ مُسْتَجيرٌ، اَللّهُمَّ لا تُبَدِّلْ‏ اِسْمى‏، وَلا تُغَيِّرْ جِسْمى‏،وَلاتَجْهَدْ بَلائى‏، وَلاتُشْمِتْ بى‏ اَعْدآئى‏،اَعُوذُ بِعَفْوِكَ مِنْ عِقابِكَ، وَاَعُوذُ بِرَحْمَتِكَ مِنْ عَذابِكَ، وَاَعُوذُ بِرِضاكَ مِنْ سَخَطِكَ،  وَاَعُوذُبِكَ‏مِنْكَ‏جَلَّ ثَنآؤُكَ، اَنْتَ كَما اَثْنَيْتَ عَلى‏ نَفْسِكَ، وَفَوْقَ ما يَقُولُ الْقآئِلُونَ‏

Duanın oxunuşu: Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mustəcir. Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun.

Duanın tərcüməsi: İlahi, mən Sənə möhtacam, əzabından qorxur və pənah axtarıram! İlahi, (möminlər zümrəsindən) adımı və cismimi dəyişmə, müsibətimi ağır etmə və düşmənimi sevindirmə! Cəzandan əfvinə sığınmışam. Əzabından rəhmətinə sığınmışam. Qəzəbindən razılığına sığınmışam. Sənin Özündən Özünə sığınmışam. Özün-Özünü təriflədiyin kimi, Sənin tərifin ucadır və Sən insanların dediklərindən (Səni tərifləyənlərin tərifindən) üstünsən!

Qeyd etmək lazımdır ki, Mübarək Şəban ayının 15-ci günü imam Zaman ağanın (ə.c.) doğum günü olduğundan, o həzrətin zühurunun tezləşməsi üçün çoxlu dua etmək həmin günün müstəhəb əməllərindəndir.

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəban ayının fəzilət və əməlləri” bölümü.)

Rza Şükürlü (Maide.Az) 

Mübarək Şəban ayının 15-ci gününün gecəsi (Mayın 1-i) çox mübarək bir gecədir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap