header

 Netanyahu yenidən İranı nüvə silahı hazırlamaqda ittiham etdi, İran buna "uşaq hərəkəti və mənasız şou" dedi

İsrail və İran arasında yenidən "söz dueli" davam edir

"İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə edib."

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

O, ifşaedici bəyanat ilə 3 il əvvəl İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalara yenidən baxılmasına dair beynəlxalq müzakirələrin qızğın vaxtında yerli televiziyanın canlı yayımında çıxış edib.

"Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığı yalan deyib", - Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı İranda "Əhməd" adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla yarımton material əldə edib.

Netanyahu İranı nüvə barədə sövdələşmədən sonra "hərbi nüvə "know how"sunu saxlamaq və genişləndirməkdə" ittiham edib.

"İran 2015-ci ildə yalan danışaraq, IAEA-da sövdələşmənin tələb etdiyi kimi hər şeyi etiraf etməyib. İran sövdələşməsi, nüvə sövdələşməsi yalana, İran yalanına və hiyləsinə əsaslanır", - deyə o əlavə edib.

İran cavab verdi...

İranın xarici işlər nazirinin müavini Abbas Əraqcı İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb.

Bu barədə ISNA agentliyi məlumat yayıb.

"Netanyahunun etdiyi uşaq hərəkəti və mənasız şoudur və bunu biz artıq son illər müşahidə etmişik, lakin bunu əvvəllər ikiüzlülər qrupu göstərirdi (İranın solçu radikal "İran xalqının mücahidləri təşkilatı" qrupu. - red)", - deyə Əraqcı bildirib.

"Bu bəyanat mənasızdır: İran bu cür mühüm sənədləri sahibsiz sənaye anbarında necə saxlaya bilər?", - neyə nazir müavini bildirib.

İsrail və İran arasında yenidən "söz dueli" davam edir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap