header

 İran və Fransa prezidentləri Tehran-Paris əlaqələrinin genişləndirilməsini vurğulayıblar

İran və Fransa prezidentləri iki xalqın maraqları istiqamətində və tərəfləri maraqlandıran bütün sahələrdə Tehran-Paris əlaqələrinin genişləndirilməsini vurğulayıblar.

Həsən Ruhani dünən axşam Emmanuel Makron ilə telefon əlaqəsində İranın Fransa ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. 

O, əlavə edib: İki ölkənin siyasi, mədəni, iqtisadi, eləcə də region ilə bağlı məsələlərdə həmkarlığı üçün çox yaxşı imkanlar mövcuddur; buna görə, Tehran bütün sahələrdə Parislə həmkarlıqlarını gücləndirmək əzmindədir.

İran prezidenti habelə nüvə anlaşmasına sədaqətin regional həmkarlıq və təhlükəsizliyin möhkəmlənməsinə səbəb olacağını bildirib. Qeyd edib ki, İranın bütün ölkələrlə əlaqələrinin əsası etimada söykənir və nüvə anlaşması İran ilə Qərb ölkələri arasında etimad üçün mühüm bir əsasdır.

Amerikalıların nüvə anlaşmasına qarşı mövqelərinin birbaşa şəkildə yeddi ölkə arasındakı anlaşmanı pozduğunu vurğulayan Ruhani deyib: İran son günlər müxtəlif iqtisadi məsələlər, o sıradan bank əlaqələri və valyuta barədə son dərəcə mühüm qərarlar çıxarıb və Amerikanın mayın 12-də çıxaracağı hər bir qərara hazırdır.

"Nüvə anlaşmasının 2025-ci ildən sonrakı gələcəyini beynəlxalq qanunlar təyin edəcək və İran öz öhdəliklərdən kənar heç bir məhdudiyyəti qəbul etməyəcək" deyən Ruhani bildirib ki, nüvə anlaşması və onun bəhanəsi altında irəli sürülən mövzular heç bir vəchlə müzakirəediləsi deyildir.

Tehran-Paris həmkarlıqlarının tərəfləri maraqlandıran bütün sahələrdə genişləndirilməsi vacibliyini vurğulayan Makron da bildirib ki, Avropa Birliyi, xüsusən Fransa tam şəkildə nüvə anlaşmasını müdafiə edirlər və yüz faiz bu anlaşmada qalacaqlar.

Fransa prezidenti qeyd edib ki, onun ölkəsi stabil bir Yaxın Şərq istəyir və inanır ki, nüvə anlaşması bu regionun problemlərinin həlli üçün mühüm bir modeldir və o, qorunmalı və bütün tərəflər ona sadiq qalmalıdırlar.

İran və Fransa prezidentləri iki xalqın maraqları istiqamətində və tərəfləri maraqlandıran bütün sahələrdə Tehran-Paris əlaqələrinin genişləndirilməsini vurğulayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap