header

 İnqilab Rəhbəri İran məhsulu sərgisində olublar

İslam İnqilabının Böyük Rəhbəri, İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilən İran məhsulu sərgisində olaraq, istehsalçıların imkan və qabiliyyətləri, eləcə də onların problemləri ilə yaxından tanış olublar.

Dünən axşam keçirilən bu baxış zamanı Həzrət Ayətullahuluzma Xamenei müxtəlif bölmələrdə olan 77 İran məhsulu pavilyonuna baş çəkərək, istehsalçıların imkan və qabiliyyətləri, eləcə də onların problemləri, həmçinin əhalinin İran məhsullarına olan rəğbətinin miqdarı ilə yaxından tanış olublar.

İslam İnqilabının Böyük Rəhbəri bu baxış zamanı iranlı istehsalçılara təşəkkür edib, sərgidəki məhsulların keyfiyyətini yüksək qiymətləndirərək, ardı-arası kəsilməyən idxalatın qarşısının alınması və qaçaqmalçılıqla mübarizənin vacibliyini vurğulayıblar. O həzrət istehsalçıların problemlərinin izlənilməsi və həlli barədə göstərişlər veriblər.

Həzrət Ayətullahuluzma Xamenei İran məhsulu sərgisindən baxış keçirərkən İranın kooperasiya, əmək və ictimai rifah naziri Əli Rəbiidən istəyiblər ki, bu baxış zamanı əks etdirilən problemlərin həllini ciddi şəkildə izləsin.

İslam İnqilabının Böyük Rəhbəri 2018-ci il martın 20-də 1397-ci günəş ilinin başlanması münasibətilə verdikləri müraciətdə yeni ili "İran məhsuluna dəstək" ili adlandırdılar.

İslam İnqilabının Böyük Rəhbəri, İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilən İran məhsulu sərgisində olaraq, istehsalçıların imkan və qabiliyyətləri, eləcə də onların problemləri ilə yaxından tanış olublar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap