header

 İraq məhkəməsi: Azərbaycan vətəndaşı olan 6 qadına ömürlük həbs - SƏBƏB

Azərbaycanlılarla yanaşı, 19 Rusiya, 4 Tacikistan vətəndaşı ömürlük azadlıqdan məhrum olunub.

İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilən Azərbaycanın 3 qadın vətəndaşının edam hökmü verilməsindən sonra, daha 6 qadın haqqında hökm çıxarıb.

Məlumata görə, məhkəmə qərarı ilə İŞİD terror qruplaşmasına üzv olan adları açıqlanmayan 6 Azərbaycan vətəndaşı olan qadına ömürlük həbs verilib.

Onlar öz istəklərilə deyil, ərlərinin israrı ilə İraqa gəldiklərini açıqladıqdan sonra edam qərarı, ömürlük hökmlə dəyişib. Onlar Telafərdə kürd könüllülərinə təslim olmuş, daha sonra İraq Kürdüstanı təslim olanları İraq Mərkəzi Hökümətinə təslim edib.

Azərbaycanlılarla yanaşı, 19 Rusiya,  4 Tacikistan vətəndaşı ömürlük azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Türkiyə vətəndaşı olan 22 qadına da fevral,  aprel ayları ərzində keçirilən məhkəmələrdə edam hökmü oxunub. Türk höküməti ekstradisiya üçün çalışsada, İraq höküməti hələki bu istəyə müsbət cavab verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirərkən deyib ki, İraqda olan azərbaycanlıların məsələsi Azərbaycanın İraqdakı səfirliyinin daimi diqqət mərkəzindədir.

"Hələlik bu sahədə müsbət yenilik yoxdur, amma Azərbaycanın İraqdakı səfirliyi məsələlərin həllilə bağlı istər İraq hakimiyyəti, istərsə də ölkənin hüquq-mühaifzə orqanları ilə sıx əlaqədədir və bu əlaqə davam edir", - deyə XİN rəsmisi əlavə edib.

Xatırladaq ki, İŞİD və digər vəhabi terror qruplaşmalarına Azərbaycandan da qoşulanlar olub. Onların bir hissəsi öldürülüb, bir hissəsi isə İraq güc strukturları tərəfindən həbs olunublar. Lakin İraq qanunları terror qruplaşmasına qoşulanlar haqqında ən ağır hökmü - edamı tətbiq edir.

Azərbaycanlılarla yanaşı, 19 Rusiya, 4 Tacikistan vətəndaşı ömürlük azadlıqdan məhrum olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap