header

 Ermənistandakı dəyişikliklər və Qarabağın taleyi

Eyni halda siyasi müzakirələrin çıxılmaz vəziyyətə düşməsi ilə hər iki tərəfdə hər hansı bir müharibənin başlanması üçün Ermənistan cəmiyyətini hərəkətə gətirmə potensialı mövcud idi

Tashaio.com-Məlumdur ki, Ermənistanda baş verən hər bir dəyişiklik Azərbaycan xalqının marağına səbəb olur. Görəsən Ermənistan hakimiyyətində baş verən dəyişiklik işğal olunmuş Qarabağın taleyinə təsir edəcəkmi? Sülh müzakirəsinin yeni mərhələsinə gətirib çıxaracaqmı? Yoxsa yeni bir müharibənin başlanmasına səbəb olacaq? Görəsən bu ölkənin Rusiyanın nüfuz dairəsindən xəlas olub Qərbə yaxınlaşması Qarabağ münaqişəsinin həllinə müsbət təsir buraxacaq? Rusiyanın region və Ermınistandakı nüfuzunun azalması Qarabağ müharibəsinin həllinə kömək edəcəkmi? Bu haqdakı suallar olduqca çoxdur. Qarabağ müharibəsinin tarixi ilə tanış olanlar yaxşı bilirlər ki, Şuşa və Laçın şəhərləri 1992-də Tehran müzakirəsi zamanı ermənilər tərəfindən işğal olunmuşdur. Ondan sonra isə Ermənistan Surət Hüseynovun Ə. Elçibəyə qarşı çevrilişi nəticəsində yaranmış böhrandan istifadə edərək Qarabağın digər neçə şəhərlərini də işğal etdi. Serj Sarkisiyan və Robert Köçəriyan Qarabağ ermənilərindən idilər. Onlar bu münaqişə nəticəsində Ermənistan iqtidarına yol tapdılar. Bunların hakimiyyətə yetişməsi və ölkəni idarə etmələri Qarabağ böhranında əhəmiyyətli rol oynayırdı. Eyni halda siyasi müzakirələrin çıxılmaz vəziyyətə düşməsi ilə hər iki tərəfdə hər hansı bir müharibənin başlanması üçün Ermənistan cəmiyyətini hərəkətə gətirmə potensialı mövcud idi.

Bəzi icmalçıların fikrincə Ermənistan Qarabağın işğalında Azərbaycandakı siyası böhrandan istifadə etdiyi kimi Azərbaycan da işğal edilmiş ərazisini azad etmək üçün Ermənistan böhranından istifadə edə bilər. Digər mütəzəssislər isə İrəvanda etirazların çoxalması ilə Sarkisiyan xalqı müharibəyə və Qarabağn müdafiəsinə təhrik edəcəkdir. Bununla da Ermənistan-Azərbaycan müharibəsinin başlanma riski artacaqdır. Hətta Sarkisiyan dövlətinin ötən günlər ərzində Azərbaycanın Qarabağ sərhədlərində müharibə texnikalarını toplaması təsvirlərinin yayımlanması onların belə niyyətdə olduğunu göstərir. Bəzi exspertlər Rusiya təhlükəsizlik təşkilatının sədri Sergey Narişkinin ötən həftənin bazar günü Bakıya etdiyi gözlənilməz səfərini müharibə ilə əlaqələndirirlər. Gözlənildiyi kimi Azərbaycan dövləti səbrini basdı və Ermənistan dəyişikliyində müdaxilə etmədi. Bakıda hamı bilir ki, heç bir Erməni siyasətçisi Qarabağ münaqişəsində güzəştə getməyəcəkdir. Bu ölkənin baş naziri istər Sarkisiyan olsun, istərsə də Paşiniyan, dövlətin Qarabağ mövqeyində heç bir dəyişiklik baş verməyəcəkdir. Buna görə də Azərbaycan cəmiyətində “Qarabağ münaqişəsinin həlli açarı İrəvanda yox, Azərbaycandadır” fikri mövcuddur. Əlbəttə daha məntiqi budur ki, Qarabağ münaqişəsinin həllini İrəvandan yox, Moskvadan gözləmək lazımdır. Hamı bilir ki, Ermənistan Rusiyanın nüfuzu altındadır. Bu istiqamətdə Rusiya federasiyasının prezidenti V. Putin Ermənistanın müvəqqəti baş naziri ilə telefon danışığında bütün tərəfləri sakitliyə və ötən il parlament seçkilərinin nəticələrini qəbul etməyə çağırdı. Moskva Ermənistan hadisələrinin bundan artıq genişlənməsini istəmir. Bunula bərabər Ermənistanda baş verən dəyişikliklər və xalqın dövlətə qarşı üsyanı Azərbaycan ictimaiyyətində siyasi fəalların reaksiyasına səbəb olmuşdur. “Ermənistan yenə də bizi geridə qoydu” fikri sosial şəbəkələrdə geniş yayılmışdır. Ermənistanın demokratikləşməsi dünya ictimaiyyətinin Qarabağ məsələsində bu ölkəni dəstəkləməsinə səbəb olacağı fikri Azərbaycanda geniş yayılmışdır.

Belə bir qənaətə gəlmək olar ki, Ermənistanda hər hansı bir dəyişiklik baş versə də siyasətçilərinin Qarabağ mövqeyi dəyişməz qalacaqdır. Hətta bu ölkənin demokratikləşməsi Azərbaycanın zəif nöqtəsinə çevriləcəkdir. Ermənistanın Qərbə meyli isə bu ölkənin Rusiya ilə əlaqəsində böhrana səbəb olacaqdır. Lakin bir şey aydındır. Rusiya Ermənistandakı nüfuzunu qoruyacaq və lazım gəlsə burada baş verənlərə müdaxilə edəcəkdir.

Eyni halda siyasi müzakirələrin çıxılmaz vəziyyətə düşməsi ilə hər iki tərəfdə hər hansı bir müharibənin başlanması üçün Ermənistan cəmiyyətini hərəkətə gətirmə potensialı mövcud idi
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap