header

 Türkiyə xarici işlər naziri terrorçuların Suriya ərazisindən çıxarılmasını vurğulayıb

Türkiyə xarici işlər naziri Suriyada Türkiyənin ərazi bütövlüyü və milli təhlükəsizliyini hədələyən İŞİD terror qruplaşması kimi terror qruplaşması ünsürlərinin çıxarılmasını vurğulayıb.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Mövlud Çavuşoğlu İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında Suriya böhranı haqda məsləhətləşmələrin intensivləşdirilməsini qeyd edərək deyib: Qərbin dəstəklədiyi terror qruplaşmaları Suriyadan çıxarılmalıdır. Çünki bu qruplar regionu hədələyən amildir. 

O həmçinin YPG və PKK silahlı qruplaşmaları haqda deyib: ABŞ-ın dəstəklədiyi YPG və PKK İŞİD terror qruplaşması kimi Suriya ərazisini tərk etməlidir. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu mətbuat konfransında həmçinin Suriyada hər hansı hərbi həll yolunu qeyri-qanuni adlandırıb. 

Türkiyə xarici işlər naziri Suriyada Türkiyənin ərazi bütövlüyü və milli təhlükəsizliyini hədələyən İŞİD terror qruplaşması kimi terror qruplaşması ünsürlərinin çıxarılmasını vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap