header

 Azərbaycan prezidentinin köməkçisi: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyası başlanıb

Azərbaycan prezidentinin köməkçisi: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyası başlanıb

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media Azərbaycanda keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar”.

Avropa Şurası Parlament Assambleyasının rəsmi araşdırma qurumu cümə axşamı günü bir hesabatda Azərbaycan Respublikası hökumət rəsmilərinin ölkədə seçki saxtakarlıqları və insan haqlarının pozulmasını ört-basdır etməkdə suçlayıb və Azərbaycan Respublikasının bu assambleyadakı heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyətini dayandırıb. 

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” sosial şəbəkəsindəki səhifəsində bu hesabatın reallığı əks etdirmədiyini bildirərək yazıb: Bəzi qərb ölkələri Azərbaycan Respublikasının müstəqil siyasətinə dözə bilmirlər. 

Bu arada Azərbaycan Respublikasının AŞPA-dakı heyətinin rəhbəri Səməd Seyidov da Avropa qurumunun Azərbaycana qarşı hesabatına reaksiyada bildirib ki, Azərbaycan Respublikası AŞPA-dan çıxacaq. 

 

   
Azərbaycan prezidentinin köməkçisi: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyası başlanıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap