header

 İran iki Koreyanın əlaqələrinin adiləşməsini alqışlayır

İran iki Koreyanın əlaqələrinin adiləşməsini alqışlayır

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər bildirib ki, Tehran həmişə Koreya yarımadasında gərginliyin aradan qaldırılmasının tərəfdarı olub. O, deyib ki, İran Şimali Koreya və Cənubi Koreya rəhbərlərinin gərginliyin aradan qaldırılması və əlaqələrin adiləşdirilməsi istiqamətindəki səyləri və addımlarını alqışlayır.

Bəhram Qasemi sonra belə qeyd edib: İran İslam Respublikası Şimali Koreya və Cənubi Koreya rəhbərlərinin son görüşünü stabil regional və beynəlxalq sülh və təhlükəsizliyə təsirli kömək edə biləcək, məsuliyyətlə və düzgün istiqamətdə atılmış bir addım hesab edir.

Şimali Koreyanın rəhbəri- Kim Çen In dünən səhər tarixi bir hərəkətdə Phanmuncom sərhəd kəndində Cənubi Koreyanın prezidenti Mun Çje İn ilə görüşüb.

İki Koreya liderləri bu görüşdə Koreya yarımadasının tam tərksilahı barədə razılığa gəliblər. Onlar habelə razılığa gəliblər ki, savaşın müvəqqəti dayandırılması sülh müahidəsinə çevrilsin və onlar bundan sonra bir-birilərinə qarşı hər cür düşmənçilik hərəkətlərinə son qoysunlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranın prinsipial və daimi siyasəti, kütləvi qırğın silahlarının hər cür istehsalı; onlara malikolma; onların saxlanılması və bu silahlardan istifadə ilə müxalifətdir.

O, əlavə edib: İran həmişə dünyanın bu cür silahlardan təmizlənməsi üzrə hər cür səyə dəstək verir. 

İran iki Koreyanın əlaqələrinin adiləşməsini alqışlayır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap