header

 Medvedev amerikalılara qarşı individual sanksiyalar tələb edir

Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, sanksiyalar əleyhinə qəbul edilən qanun individual olaraq istənilən fiziki və hüquqi şəxsə qarşı tətbiq edilməsinə şərait yaradılmalıdır.

"Kimisə bəyənmədikdə dərhal bizim istənilən fiziki şəxsimizə qarşı qanun qəbul edirlər. Bizim də belə qanunumuz olmalıdır. Hansısa şirkəti bəyənmirlər və qadağa qoyurlar. Bizim də qanunlarımızda belə müddəalara yer verilməlidir", - deyə Rusiya hökümətinin başçısı bildirib.

Faktxeber.com məlumat verir ki, ötən günlərdə ABŞ sanksiyalarına cavab olaraq Rusiya parlamentində cavab tədbirləri görülməsi məqsədiylə yeni qanun lahiyyəsi işlənilməyə başlayıb.

Sənəd, prezidentin razılığı ilə 16 müxtəlif cavablar verməyi nəzərdə tutur. Qadağalarda - ölkəyə kənd təsərrüfatı mallarının gətirilməsinə, spirtli və tütün məmulatlarına, habelə dərman vasitələrini gətirilməsinə qadağalar nəzərdə tutulur.

Sənəddə bundan əlavə nadir torpaq metallarının ixracı, atom sahəsində əməkdaşlıq, aviasiya sənayəsi və raket mühərrikləri sahəsində əlaqələrə qadağalar nəzərdə tutulub. 

Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, sanksiyalar əleyhinə qəbul edilən qanun individual olaraq istənilən fiziki və hüquqi şəxsə qarşı tətbiq edilməsinə şərait yaradılmalıdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap