Ərdoğan Qarabağ münaqişəsinin həllini vurğulayıb
Posted on : Türkiyə 04/26/2018
Türkiyə prezidenti Qarabağ məsələsinin BMT qanunları və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həllini vurğulayıb.
Rəcəb Tayyıb Ərdoğan dünən Ankarada Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında Qarabağ məsələsini region üçün mühüm məsələ adlandırıb. O, deyib: Qarabağın işğalı sərhədlərin toxunulmazlığı prinsipi və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və bu məsələnin həlli Türkiyə dövlətinin də istəyidir.
Rəcəb Tayyıb Ərdoğan əlavə edib ki, bu iki ölkə gələcəkdə iqtisadi sahədə yeni layihələri birgə şəkildə icra edəcək.
İkigünlük rəsmi səfər məqsədilə dünən Türkiyənin paytaxtı- Ankaraya daxil olmuş Azərbaycan Respublikası prezidenti öz türkiyəli həmkarı ilə yanaşı, iki ölkənin ali əməkdaşlıq şurasının 7-ci iclasında iştirak edib.
Türkiyə və Azərbaycan Respublikası prezidentləri dünən gecə müxbirlərin iştirakı olmadan ikitərəfli görüş keçiriblər.