header

 SEPAH İran və Britaniya vətəndaşlığını daşıyan şəxsi saxlayıb

Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.

İslamazeri.com bbc-yə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.

Xəbərlərdə deyilir ki, London İmperial kollecininin əməkdaşı Abbas Edalat 15 apreldə Tehranda keçirilən elmi konfransa qatılarkən həbs olunub.

Cənab Edalat-ın evində axtarış keçirilib və ona məxsus bəzi əşyaların müsadirə olunduğu bildirilir.

Alim təqsirsiz olduğunu bildirib. Ona ittihamların təqdim olunub-olunmadığı məlum deyil.

New York şəhərində mənzillənən İran İnsan Haqları Mərkəzinin təsvirinə görə, ikili vətəndaşlığı olan Abbas Edalat İrana qarşı xarici müdaxilə əleyhinə kampaniyalar keçirən anti-müharibə fəalıdır.

Onun İnqilab Keşikçiləri tərəfindən saxlandığı qeyd olunur.

Imperial College universiteti də alimin saxlanması ilə bağlı məlumatları araşdırdığını bildirib.

Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap