ABŞ-da silahlı şəxs İran nümayəndəliyinə hücum edib - VİDEO
Posted on : iran 04/26/2018
FaktXəbər-in "Wjla" saytına istinadən verdiyi məlumata görə, ABŞ-da tapança və bıçaqla silahlanmış bir nəfər İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib.
Hücum edən şəxs fars mənşəli olub və hücum edərkən söyüş və təhqirlərdən istifadə edib.
Hadisə nəticəsində 1 nəfər ağır yaralanıb. Hüquq-mühafizə orqanları əməkdaşları silahlı şəxsi saxlayıblar. Saxlanılan şəxsin Texas sakini 55 yaşlı Əlirez Fahar olduğu müəyyən olub.
Hadisə şahidləri bildirib ki, hücum zamanı fars dilində nəsə qışqırıb.
Məlumat üçün qeyd edək ki, İranın ABŞ-da səfirliyi yoxdur, sadəcə, Pakistan səfirliyi yanında İranın maraqları bölməsi var və orada viza və pasportlar işlənilir. Bölmə İranın ABŞ-dakı konsulluq nümayəndəliyi kimi fəaliyyət göstərir.