Qəzzada daha bir fələstinli jurnalist həlak oldu - FOTO-VİDEO
Posted on : Digər sahələr 04/26/2018
Qəzza zolağında sərhəddə İsrail hərbçiləri tərəfindən yaralanan fələstinli jurnalist xəstəxanada vəfat edib.
FaktXeber.com-un verdiyi məlumata görə, bir aydır ki, davam edən aksiyalarda o, həlak olan ikinci jurnalistdir.
25 yaşlı Əhməd Əbu Hüseyn yerli radiostansiya üçün reportaj hazırlayarkən güllələnmişdi. Qəzza zolağında Səhiyyə Nazirliyi bəyan edib ki, qarnından güllə yarası alan gənc jurnalist Təl-əviv yaxınlığında Şeba hospitalında müalicədən sonra vəfat edib.