header

 Tale Bağırzadə: "Mənim həbsimin yeganə səbəbi..."

akı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadənin şikayəti ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Apelyasiya şikayəti ilahiyyatçının 20 illik cəzasının həbsxanada üzərindən yaddaş kartları tapılması ittihamıyla daha üç ay artırılması barədə Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmündən verilib.

Tashaio-Rakurs TV-nin məlumatına görə, aprelin 23-ü keçirilən prosesdə T.Bağırzadə özü də iştirak edib. 
Prosesin əvvəlində ilahiyyatçının vəkili Fariz Namazlı bir sıra vəsatət qaldırıb. O, ekspertin məhkəmədə dindirilməsini, Konstitusiya məhkəməsinə sorğu göndərilməsini istəyib. Bildirib ki, T.Bağırzadənin işində rəy verən ekspert heç bir əsas olmadan mini yaddaş kartlarını radioelektron cihazların elementlərinə daxil edib. Həmin ekspertiza rəyinə görə də T.Bağırzadəyə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsin qadağan olunmuş əşya əldə etməsi, daşınması, istifadəsi) maddəsi ilə ittiham hökmü çıxarılıb. Vəkil “radioelekron cihazlar və onların elementləri”nin əhatə dairəsinə hansı cihazların daxil olduğunu müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.Müdafiəçinin vəsatətlərinin heç biri təmin olunmayıb.

Tale Bağırzadə isə bildirib ki, ona edilən ittihamlar siyasi motivlidir:

"Bu gün istənilən təcridxanaya, "zon"a, cəzaçəkmə müəssisəsinə getsəniz, görərsiniz ki, bütün dustaqlar bu kartlardan istifadə edir. Sadəcə mənə bu ittihamın verilməsi sübut edir ki, bu iş siyasi motivlidir. Mənim həbsimin yeganə səbəbi öz polisini öldürəcək qədər şərəfsiz olan rejimə etiraz etməyimdir".

O, Müsəlman Birliyi Hərəkatına qarşı təzyiqlər olduğunu deyib:

"Bizim Nardaran hadisəsi ilə bağlı koalisiya yaratmaq təşəbbüsümüz hakimiyyəti narahat edir. Buna görə Müsəlman Birliyi Hərəkatına təzyiqlər olunur. Amma bilsinlər ki, biz onları kreslolarında rahat oturmağa qoymayacağıq. Bunlar fikirləşirlər ki, Qobustan həbsxanası ən ağır cəzadır. Amma and olsun, mən orada çox rahatam. Çünki haqq yolunda həbs olunmuşuq. Qobustan əksinə bizim üçün bir tribunaya çevrildi. Mən bu məhkəmənin hökmündən də narahat deyiləm. Xalq bizim barəmizdə çoxdan bəraət hökmü verib. Biz Allahın məhkəməsindən qorxuruq. Həmin məhkəmədə üzümüz ağ olsun deyə, "dilsiz şeytan" sayılmayaq deyə, bu rejimə qarşı etiraza qalxmışıq".

Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə heyəti Qaradağ Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı bu cəzanı çəkmək üçün Qobustan həbsxanasına köçürüləndən sonra haqqında yenidən cinayət işi başlanıb. O, gizli şəkildə yaddaş kartları saxlamaqda ittiham olunub.

akı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadənin şikayəti ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Apelyasiya şikayəti ilahiyyatçının 20 illik cəzasının həbsxanada üzərindən yaddaş kartları tapılması ittihamıyla daha üç ay artırılması barədə Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmündən verilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap