header

 Sarkisyanla Paşinyan arasında gərgin görüş keçirilib

Görüş Yerevanın mərkzində “Mariott” mehmanxanasında baş tutub

Tashaio-İslaminSesi.info. Ermənistanda  baş nazirliyə gəlməklə hakimiyyəti yenidən əlinə keçirən Serj Sarkisyan ilə onun hakimiyyətə gəlməsinə etiraz dən yerli xalqın lideri, millət vəkili Nikol Paşinyan arasında bu səhər baş-başa gərgin görüş keçirilib.

 Sarkisyan: Mən şadam ki, siz mənim danışıqlar üzrə çoxsaylı çağırışlarıma reaksiya verdiniz, amma onlarla jurnalistin hüzurunda nəyin barəsində danışa biləcəyimizi çox da yaxşı təsəvvür etmirəm.

 Paşinyan cavab olaraq qeyd edib ki, görünür, hansısa "anlaşılmazlıq" var. "Mən cənab Sarkisyanla (prezident) danışanda aydın şəkildə bildirdim ki, söhbət təklif etdiyiniz dialoq barədə deyil, bizim irəli sürdüyümüz məsələ haqqında gedir. Mən buraya sizin istefanızın şərtlərini və hakimiyyətin ötürülməsini müzakirə etməyə gəldim, sizi bununla bağlı olaraq dialoq sözündən istifadə etməməyə çağırıram", - o deyib.

 Serj Sarkisyan cavab verib ki, bu, dialoq deyil, danışıqlar deyil, bu, dövlətə və qanuni hökümətə qarşı sadəcə ultimatum, santajdır.  "Siz məsuliyyət dərəcəsini dərk etmirsiniz, siz 1 mart (2008-ci il) hadisələrindən dərs almadınız. Əgər siz həmin tonda danışmağa davam etdirəcəksiniz, onda mənə yalnız sizə məsləhət vermək qalır ki, qanuni meydana və məntiqi əməliyyatların kandarına qayıdasınız. Əks halda, bütün məsuliyyət sizdə qalacaq, seçin", - Ermənistanın baş naziri bildirib.

 "Kimsə bizimlə hədə dilində danışa bilməz, - cavabında Paşinyan deyib, - Siz ölkədəki vəziyyəti təsəvvür edə bilməzsiniz, o, 10-15 gün əvvəl olduğu kimi deyil. Vəziyyət dəyişdi, sizin sizə məruzə olunan o hakimiyyətiniz yoxdur. Ermənistanda hakimiyyət xalqın əlinə keçib".

 Sarkisyan bu yerdə ayağa qalxaraq cavab qaytarıb ki, 7-8% səs yığımış fraksiyanın xalqın adından danışmağa haqqı yoxdur və onda artıq söhbəti davam etdirmək istəyi yoxdur. "Əgər siz dövlətin qanuni tələblərinin qəbul etmirsinizsə, xudahafiz", - deyə Sarkisyan bildirib, sonra jurnalistlərə müraciət edərək, onları nəticə çıxarmağa çağırıb və zalı tərk edib.

 Nikol Paşinyan isə bundan sonra bir qədər çıxış edib və yenidən etiraz aksiyalarına qoşulub

Görüş Yerevanın mərkzində “Mariott” mehmanxanasında baş tutub
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap