header

 Müxalifət Novruz Məmmədovun təyinatı haqqında

Novruz Məmmədovun yeni təyinatla baş nazir postuna gətirilməsi müxalifətin tənqidina səbəb olub

Tashaio-Görünür, Azərbaycan hakimiyyətinin sürpriz etmək imkanları sonsuzdur, Müsavat lideri Arif Hacılı Novruz Məmmədovun ölkənin baş naziri təyin edilməsini şərh edərkən istehza ilə belə deyib.

"Artur Rasizadədən daha zəif, daha səriştəsiz və daha fərasətsiz insan təsəvvür etmək çətin idi. Amma beləsini tapdılar - Novruz Məmmədovu", deyə Hacılı rişxəndlə bildirib.Demokratiya və Rifah Uğrunda Hərəkatın rəhbəri Qubad İbadoğlu da Məmmədovun baş nazir təyin edilməsini həddindən artıq uğursuz qərar hesab edir."Hesab edirəm ki, dövlət başçısı bir daha elastik və aktiv hökumət formalaşdırmaq və islahatlar həyata keçirmək üçün siyasi iradəsi çatmadığını göstərdi. Bu təyinat islahat ümidlərini dəfn edir.

İslahatçı baş nazir dəyişikliklər proqramına və bu proqramın həyata keçirilməsinə görə məsuliyyəti üzərinə götürmək iqtidarında olan komandaya malik olan müstəqil şəxsiyyət olmalıdır. Novruz Məmmədov islahatlar keçirmək üçün nə təşkilatçılıq qabiliyyətinə, nə təsərrüfat, nə peşəkar iqtisadiyyat biliklərinə malik deyil.Buna görə bu təyinat əvvəlki siyasətin davamının bəyannaməsidir. Dövlət başçısı bu təyinatla Nazirlər Kabinetinin əhəmiyyətini daha da kiçiltdi və faktiki olaraq Azərbaycanda baş nazir vəzifəsinin formallığını əbədiləşdirdi", deyə İbadoğlu bildirib.Qoy sadəlövhcəsinə İlham Əliyevdən islahat gözləyənlər sakitləşsinlər, deyə öz növbəsində AXCP lideri Əli Kərimli öz facebook səhifəsində yazıb."Vaxtaşırı qeyri-adekvat bəyanatları ilə fərqlənən və iqtisadiyyat haqqında heç bir anlayışı olmayan köməkçisini baş nazir təyin etməklə İlham Əliyev bir daha sübut etdi ki, ona islahatlar, inkişaf lazım deyil, öz qoltuğunun təhlükəsizliyi lazımdır.Buna görə Əliyev ətrafına zəifləri və bacarıqsızları yığır, çünki onlardan təhlükə gözləmir, ikincisi isə onların fonunda xeyli bacarıqlı görünür. Buna görə avtoritar hakimiyyət kökündən dəyişməlidir", deyə Kərimli yazıb. (Turan)

Novruz Məmmədovun yeni təyinatla baş nazir postuna gətirilməsi müxalifətin tənqidina səbəb olub
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap