Bakıda fars dilil olimpiadası keçirilib
Posted on : Digər sahələr 04/23/2018
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşeleyinin təşəbbüsü ilə dünən Bakı Dövlət Universitetində 6-cı fars dili olimpiadası keçirilib.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşeleyinin təşəbbüsü ilə dünən Bakı Dövlət Universitetində 6-cı fars dili olimpiadası keçirilib.
İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Bakıdakı səfirliyinin attaşeliyi bu olimpiadanın açılışında deyib: Bu rəqabətlərdə Bakı Dövlət Universitetinin tələbələri, Şəhriyar Mədəniyyət Evi və digər təhsil mərkəzlərində ibtidayi, orta və ali məktəb səviyyələrində təhsil alanlardan ibarət 150 nəfər iştirak edir.
Əsğər Farsi deyib: Hər üç sahədə qalib gələnlərə xüsusi mükafatlar nəzrədə tutulub və bu mükafatlara məharətin artırılması üçün İranda kurslarda iştirak da daxildir.
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi deyib: Azərbaycan Respublikasında müxtəlif pillələrdə fars dili üzrə təhsil alanaların sayı 500 nəfərə çatır və İran İlə Azərbaycan Arasında turistik səfərlərin gün-gündən artmasını nəzərə alaraq bu sahədə peşəyə yiyələnmək istəyənlərin fars dilini öyrənməyə ehtiyacları artıb.