header

 Ərdoğan: Türkiyə üçün ən böyük təhlükə Amerikadır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalında yayımlanan "Siyasi İşlər Özəl" proqramının qonağı olaraq ölkə gündəminə aid sulları cavablanıdırıb.

FaktXəbər-in məlumatına görə, Türkiyənin qarşılaşdığı ən böyük təhdidlərdən danışarkən Ərdoğan strateji tərəfdaşlarını ittiham edib. Aparıcının, "Türkiyənin qarşı-qarşıya olduğu təhdid və risklərdən danışarkən nəyi nəzərdə tutursunuz", sualına belə cavab verib:

"Bu məsələdə bütün Qərbin təhdid layihəsi var. Bu layihə içində xüsusilə cənubdakı məlum PYD, YPG, PKK, İŞİD-ə qarşı, "bu bir mübarizədir", - deyirlər. Buna hara qədər inanacağıq? Bir yerə qədər bunu udduq. Lakin cənuba, yəni Suriyanın şimalına neçə TIR silah gəldi. Amerika buraya 5 min TIR silah göndərdi. Eyni şəkildə 2 min yük təyyarəsi də buraya silah gəldi. Burada 20-yə yaxın baza var, bilirsiniz. Bu bazalar kimə qarşıdır? 911 kilometr sərhədimiz var. Bəs Amerikanın yanında kim var? Koalisiya qüvvələri var. Bəs Türkiyə Amerika ilə NATO-da müttəfiq deyil? NATO-da müttəfiq olduğuna görə, strateji tərəfdaş olduğuna görə, biz pulumuzla Amerikadan silah ala bilmirik, amma bu terror təşkilatlarına təəssüf ki, Amerika və koalisiya qüvvələri pulsuz silah verir. Deməli, təhdid ilk növbədə strateji tərəfdaşlardan gəlir. İndi gəlin birlikdə bu problemi həll edək. Bunu cənab Obama dövründə də dəfələrlə həll etməyə çalışdıq. Bizi davamlı olaraq yola verdilər. Həm, "həll edək", - dedilər, həm də yola verdilər. Artıq o mərhələyə gəldik ki, öz qərarımızı özümüz verdik, göbəyimizi özümüz kəsdik, sərhədimizdəki terrorla mübarizə başladıq".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalında yayımlanan "Siyasi İşlər Özəl" proqramının qonağı olaraq ölkə gündəminə aid sulları cavablanıdırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap