header

 Təbrizdə “Azərbaycanın İslamçı Məhbusları ilə Həmrəylik Günü” münasibətilə mərasim keçirildi

Höccətül-islam vəl-müslimin Qasim Mühibbi deyib: “Azərbaycan xalqı SSRİ-nin parçalandığı vaxtdan indiyə kimi bütün çətinliklərə və həbslərə baxmayaraq İmam Hüseynin (ə) bayrağını qoruyub saxlamışdır.

Höccətül-islam vəl-müslimin Qasim Mühibbi deyib: “Azərbaycan xalqı SSRİ-nin parçalandığı vaxtdan indiyə kimi bütün çətinliklərə və həbslərə baxmayaraq İmam Hüseynin (ə) bayrağını qoruyub saxlamışdır.

”Tashaio-in “Movci-Rəsa”-ya istinadla verdiyi xəbərə görə, Zəncanın Sarəllah heyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası İslamçı Məhbusları ilə Həmrəylik Günü mərasimi keçirilib. Mərasim Zəncan əhalisinin iştirakı ilə cümə axşamı günü məğrib və işa namazlarından sonra Şəhidlər hüseyniyyəsində keçirilib.İmam Musa Kazimin (ə) şəhadət gecəsi ilə eyni zamanda keçirilən mərasimin xətibi ustad höccətül-islam vəl-müslmin Qasim Mühibbi olub. Xətib İmam Kazimin (ə) yaşadığı dövrdən, o zamanın zülmkar hakim rejimlərinin İmama (ə) qarşı zülmlərindən söz açıb və Azərbaycanın islamçı məhbuslarını uca tutaraq deyib: “Üç qrup İslam dinini himayə və dini bərpa edə bilər. Onlardan birincisi təslim olmayanlar; ikincisi zülmü qəbul etməyənlər; üçüncüsü isə dünya tamahında olmayanlardır.”Azərbaycanın müsəlman xalqının mübarizələrinə və bu günləri İmam Hüseyn (ə) bayrağını qoruyub saxlamalarına işarə edən xətib deyib: “Azərbaycanın əhalisi SSRİ-nin parçalanmasındanindiyədək bütün çətinliklərə və həbslərə baxmayaraq, İmam Hüseynin (ə) bayrağını qoruyub saxlamışdır.Bu gün Azərbaycan xalqı İmam Hüseynin (ə) yolunu özünə örnək etmişdir və Allah yolunda addımlayır. Allah, Onun yolunda çalışana yardım edir.”Höccətül-islam vəl-müslimin Qasim Mühibbi zülmkar hökumətlərin aqibətinə işarə edərək deyib: “Heç kim inanmırdı ki, qonşu ölkələrin dövlət məsulları və başçıları belə bir pis vəziyyətlə qarşılaşa bilər. Tarix sübut etmişdir ki, müqavimət dünyanın hər yerində olursa olsun, həmişə zəfər çalır.”Mərasimin sonunda Əhli-beyt (ə) məddahları Mehdi Rəsuli, Əlirza Bəhməni və Mehdi Əbdi şer və mərsiyyələr oxuyublar.
Höccətül-islam vəl-müslimin Qasim Mühibbi deyib: “Azərbaycan xalqı SSRİ-nin parçalandığı vaxtdan indiyə kimi bütün çətinliklərə və həbslərə baxmayaraq İmam Hüseynin (ə) bayrağını qoruyub saxlamışdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap