header

 Öngörücülük!

Azərbaycanda dünən keçirilən seçkilərdə İlham Əliyev seçildi.

Azərbaycanda dünən keçirilən seçkilərdə İlham Əliyev seçildi. Onun üçün qondarılmış rəqiblər Mehriban Əliyeva tərəfindən meydana çıxmışdılar. Çünki ardıcıl deyirlər ki, ermənilər Azərbaycanın çox həssas dövlət postlarına nüfuz ediblər. Halbuki, bu sözü bir başqası desəydi, ölümə məhkum olardı.
İlham Azərbaycanın rus cinahının çənbərəsindədir və onların çevrəsindən çıxa bilmir. Çünki onlar İlhamın, xüsusilə də onun atasının zülm və cinayətlərindən xəbərdardır.
Onlar dəqiq bilirlər ki, Xocalı faciəsindən əlavə, 20 yanvar hadisəsi də bunların əli ilə baş verib.
20 yanvar baş nazir Artur Rəsizadənin xahişi ilə baş tutub. O, sabiq SSRİ ordusundan istəmişdir ki, Azərbaycanda baş verənlərə müdaxilə etsin və bu müdaxilə nəticəsində 500 nəfər şəhid olmuşdur.
Xocalı faciəsi də Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaq, Əbülfəzi hakimiyyətə gətirmək məqsədilə baş verib.
Bu gün İlham əvvəlcədən planlaşdırılmış bu seçkilərlə hakimiyyət kürsüsünə oturur və iki ildən sonra hakimiyyəti Mehriban Əliyevaya tapşıracaq. Hal-hazırda dövlət neft şirkətinin prezidenti Rövnəqin yerinə isə öz oğlu Heydər Əliyevi təyin edəcək.
Bir il müddətində işıq, qaz və enerji xalqa pulsuz veriləcək ki, İlhamın oğlu xalq arasında yaxşı sima kimi tanınsın.
Qalan iki ildə də Mehriban Əliyeva yaxşı işləyəcək, əliaçıqlıq və səxavət göstərəcək ki, xalqın ürəyini ələ alsın, beləliklə, gələn seçkilərdə əhali ona səs versin.
Mehriban Əliyeva anti-rus çevrəsinə və İsrail cinahına bağlıdır. O, İsrail tərəfindən xüsusi dəstəklənir.
M. Əliyeva rus cinahına bağlı olan Həsənov, Kəmaləddin və onlar kimi şəxsləri vəzifədən uzaqlaşdıracaq ki, ölkə tamamilə İsrail və anti-rus cinahının ixtiyarında olsun.
Seçkilərdə İlhamın rəqiblərinin tənqid xarakterli danışıqları da Mehriban Əliyevanın sözləridir. Bu tənqidlər rus cinahını təcrid etmək üçündür. O, ardıcıl deyir ki, ermənilər Azərbaycanın həssas dövlət mərkəzlərinə nüfuz edib.
Bu arada məzlum Azərbaycan xalqı yenə oyuna çevriləcək, milli hakimiyyət və demokratiyadan yalnız quru ad qalacaq.

Azərbaycanda dünən keçirilən seçkilərdə İlham Əliyev seçildi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap