header

 Ayətullah Xamenei : “Məmurlar günah, xəyanət və dünyapərəstlikdən çəkinməlidir”

Ali Rəhbər Ayətullah Xamenei bu gün günorta İran İslam Respublikasının dövlət məmurları ilə görüşüb.

Biz məsul şəxslər, öz qəlblərimizin paklanmasına ehtiyaclıyıq

Ali Rəhbər Ayətullah Xamenei bu gün günorta İran İslam Respublikasının dövlət məmurları ilə görüşüb.
tashaio.com  “Leader.ir” saytına istinadən xəbər verir ki, məmurlar üçün xüsusilə təqvanın mühüm amil olduğunu diqqətə çatdıran Ayətullah Xameneyi günah, xəyanət və dünyapərəstlikdən çəkinməyin məsul şəxslər üçün vacib məsələlərdən olduğunu vurğulayıb. Buna nail olmağın yolunun isə Allah-Taala ilə əlaqələrin gücləndirilməsi ilə baş verə biləcəyini qeyd edib.
Ali Rəhbər bildirib ki, biz məsul şəxslər, öz qəlblərimizin paklanmasına ehtiyaclıyıq. Bu isə ancaq müraqibə (özünə nəzarət) ilə baş tuta bilər.
İran İslam Respublikasının tövhid, ilahi şəriət, ədalət, azadlıq və istiqlaliyyət kimi mühüm amal və hədəflər üzərində qurulduğunu qeyd edən Ayətullah Xameneyi ölkədə iqtisadiyyatın infrastrukturu kimi peşə və ticarət atmosferinin sahmanlaşdırılmasının zərurliyini vurğulayıb. “Bu işin görülməsi müqavimət iqtisadiyyatı üzrə baş qərargahın vəzifələrindəndir. Mövcud problemlərin həlli işlərində gənclərin enerji və stimulundan istifadə olunmalıdır”.
Ayətullah Xamenei həmçinin ölkədaxili sosial şəbəkələrin ümumxalq tələbi olması səbəbi ilə  yaradılmasından razılıq edib. “Məsul şəxslər daxili sosial mühitdə təhlükəsizlik və insanların fərdi gizlilik tələblərinə hörmətlə yanaşmalı və qorumalıdırlar. “İnsanların şəxsi həyatına müdaxilə şəri baxımdan “haram”dır və həyata keçirilməməlidir.”
Ali Rəhbər bildirib ki, dövlət və məhkəmə orqanlarındakı məmurlar bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidirlər.


    Ali Rəhbər Ayətullah Xamenei bu gün günorta İran İslam Respublikasının dövlət məmurları ilə görüşüb.
    admin
    Date published: 12:00
    10 / 10ScaleMaximum stars
    Starts: 04-10-2018
    Ends: Duration:
    P.O. Box:
    Ardabil,
    Iran


    Post a comment Related content

    Send
    Tashaio.com
    SiteMap