header

 Elman Ağayev və Zülfüqar Mikayılovun apellyasiya şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində Elman Ağayev və Zülfüqar Mikayılovun apellyasiya şikayətinə baxılıb

bu gün hakim Mirzəyev Sahibxanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçılar Seyid Elman Ağayev və Zülfüqar Mikayılovu, həmçinin Nardaran 3 işilə bağlı həbs olunan Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə işinə baxılıb.
Məlumata görə, İlahiyatçı Zülfüqar Mikayılovun 17 illik həbs cəzasının protestlə qapalı tipli cəzaçəkmə ilə əvəz olma qərarından verilən apellyasiya şikayətinə baxılıb. Vəkilin vəsadəti qəbul olunub və Zülfüqar Mikayılovun həbs yeri ciddi rejimli cəza çəkmə müəssisəsilə dəyişdirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyadov 12 il 3 ay, Elman Ağazadə 13 il, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Ramil Seyfullayev 13 il, Mübariz brahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər günahsız olduqlarını qeyd edirlər.

Bakı Apellyasiya Məhkəməsində Elman Ağayev və Zülfüqar Mikayılovun apellyasiya şikayətinə baxılıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap