header

 Bu, insanlığın gözümüzün qarşısında qətl edilməsidir

Qobustan hәbsxanasında saxlanılan “Müsәlman Birliyi” Hәrәkatının rəhbəri, ilahiyyatçı Taleh Bağırzadә Nardaran hadisәsindә yaralanaraq hәrәkәt qabiliyyәtini itirmiş Әbülfәz Bünyadova görə narahatdır.

Bu barədə o, ictimaiyyətə ünvanlandığı müraciətində deyib.
“Son dövrlər ölkədə baş verənlər elə həddə çatıb ki, artıq bu, hakimiyyət hərisliyi, yaxud gücün nümayişi deyil, insanlığın gözümüzün qarşısında öldürülüb qətl edilməsidir” – deyə ilahiyyatçı bildirib.
O, daha sonra Qobustan həbsxanasında olduğundan baş verənlərdən az xəbər tuta bildiyini deyib:
“Amma bu az xəbər tutduqlarım da kifayət edir o qərara gəlim ki, artıq Azərbaycan hakimiyyətində təmsil olunanlar olan-qalan insanlığını da itirib, özünü zillətə düçar etmək üçün əllərindən gələni edirlər.
Bilirsiniz ki, Nardaran hadisələri zamanı yaralanmış, yaralı ola-ola işgəncələrə məruz qalan Əbülfəz Bünyadov indi də təyziqə məruz qalır. Onu ev dustaqlığına buraxıblar, amma əslində, evini həm özünə, həm də yaxınlarına zindan ediblər. Bu hərəkətə nə ad vermək olar, mən bilmirəm, amma Allahın bu zülmü götürməyəcəyi kəsindir. Əbülfəz Bünyadovun baxılmağa, yaralarının sarğısının dəyişdirilməsinə , yataq xəstəsi olduğu üçün qayğıya və həkim nəzarətinə ehtiyacı olduğu halda son ayda onu bundan məhrum etmək, evə gələn həkimi belə yanına buraxmamaq, sarğısını dəyişən qohumlarının bunu etməsinə icazə verməmək nədir, əgər vicdanları tam ölməyibsə, bu sualın cavabını qoy bütün bunları edənlər özləri özlərinə versinlər”.
T.Bağırzadə ölkə daxilində fəaliyyət göstərən bütün hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara müraciət edib:
“Xahiş edirəm ki, bütün baş verənlərə təkcə bir hüquq müdafiəçisi kimi deyil, vicdanlı insan kimi də öz etiraz səslərini ucaltsınlar. Biz bu ölkədə insani rəftar, ədalətin bərqərar olması üçün yol aldıq və əmin edirəm ki, Uca Allah bu qədər gözəl bir ölkəni cəhənnəmə çevirmişlərin cəzasını da məhz haqq deyib yola çıxanların birliyi ilə verəcəkdir”.
Nardaran əməliyyatında həbs olunan “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və daha 16 nəfərin məhkəməsi 2017-ci il yanvarın 25-də başa çatıb. Onlara 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.
Ə.Bünyadovun vəziyyəti ağır olduğundan o, 1 il 1 ay həbsdə saxlandıqdan sonra buraxılaraq polis nəzarətinə verilib. Onun və Nardaran hadisələrindən sonra axtarışa verilib, bir il əvvəl həbs olunan Elxan İsgəndərovun məhkəməsi 2017-ci ilin avqustunda başlayıb. Lakin vəziyyəti ilə əlaqədar onu məhkəməyə gətirmək mümkün olmurdu. O, Təcili Tibbi Yardımla məhkəməyə gətirilib-aparılır.
Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluğa cəhd), 228 (qanunsuz silah-sursat saxlama), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə ittiham olunur. E.İsgəndərova da qəsdən adam öldürmədən başqa digər ittihamlar verilib. Lakin onların heç biri özünü təqsirli bilmir.

Qobustan hәbsxanasında saxlanılan “Müsәlman Birliyi” Hәrәkatının rəhbəri, ilahiyyatçı Taleh Bağırzadә Nardaran hadisәsindә yaralanaraq hәrәkәt qabiliyyәtini itirmiş Әbülfәz Bünyadova görə narahatdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap