header

 12 Fərvərdin İran İslam Respublikası Günü

Bu gün 12 fərvərdin İslam Respublikası Günü İranın inqilabçı və mömin xalqı tərəfindən ölkənin taleyinin müəyyənləşməsi və islamın izzətinin gerçəkləşməsi istiqamətində onun iradəsi və tələbini real əks etdirir.

12 fərvərdin 1358-ci günəş ili, (1 aprel 1979) bəşər tarixinin istiqlaliyyətsevər, azadlıqsevər mücahidələrinin parlaq kitabına başqa qızıl səhifəni əlavə etdi. Hətta cürətlə onu müasir tarixdə misilsiz adlandırmaq olar.
İran xalqı İslam İnqilabının möhtəşəm qələbəsinin ilk günlərində İmama ləbbeyk deyərək və tam məlumatlı şəkildə seçkilərdə iştirak edəkər İslam Respublikasının lehinə səs verdi və elə əvvəldən bütün dünyaya öz taleyinə hakim olduğunu göstərdi.
12 fərvərdin 1358-ci günəş ili İran xalqı İran İslam Respublikasının müqəddəs quruluşunun tarixində ilk seçkilərdə səsvermədə həlledici iştirakı ilə dünyaya müdaxilə və əcnəbilərin İran xalqı üçün qərar verməsi dövrünün artıq başa çatdığını göstərdi. İran xalqı imamın yolunu və əcnəbilərin istilasından xilas olmaq olan yolu davam etdirəcəkdir.
İranın rəşadətli xalqı bu il 1397-ci günəş ilində, İslam İnqilabının Böyük Rəhbərinin İran İslehsalına Dəstək adlanan ildə, İran İslam Respublikasının müqəddəs quruluşunjun inkişaf və ədalət zirvələrinə yüksəlmək istiqamətində çoxlu səy göstərərək əsaslı və sürətli addımlar atır və İslam İnqilabının amal və məqsədləri, izzət və şərafətin uca zirvələrini fəth etmək istiqamətində dünyanı öz qeyrətli övladlarının polad və əyilməz iradəsi ilə mat qoyacaqdır.

Bu gün 12 fərvərdin İslam Respublikası Günü İranın inqilabçı və mömin xalqı tərəfindən ölkənin taleyinin müəyyənləşməsi və islamın izzətinin gerçəkləşməsi istiqamətində onun iradəsi və tələbini real əks etdirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap