İran prezidentinin Azərbaycana səfərinin tarixi dəqiqləşib
Posted on :
iran
03/27/2018
Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun açılışı martın 29-u, cümə axşamı günü İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində videobağlantı vasitəsi ilə baş tutacaq
bunu "İran Dəmir Yolları"nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.
Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun inspeksiyası zamanı Aşuri deyib ki, səfər çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə dair 500 milyon dollar həcmində sazişin imzalanacağı gözlənilir.
Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.