Bəhreynli aktivistlər Berlində etiraz kasiyası keçirib
Posted on :
Digər sahələr
03/19/2018
Səudiyyə Ərəbistanı səfirliyi binası qarşısında
Bəhreynli aktivistlər Almaniyanın paytaxtı Berlində Səudiyyə Ərəbistan rejiminin səfirliyi binası qarşısında etiraz kasiyası keçirib.
Maide.Az “alkawthartv”-ə istinadən xəbər verir ki, etirazçılar Səudiyyə rejiminin Bəhreynin daxili işlərinə aşkar müdaxiləsini pisləyib.
Bəhreynli aktivistlər bu aksiyanı “Ada Qalxanı” (Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına üzv dövlətlərin birgə təsis etdiyi hərbi kontingent) işğalçı qüvvələrinin Manamaya soxularaq Bəhreyni işğal etməsi və bu ölkədə xalqın dinc aksiyalarını zorakılıqla dağıtmasının yeddinci ildönümü münasibəti ilə təşkil edib.
Etirazçılar Bəhreyndə Səudiyyə Ərəbistanın işğalçılıq siyasətinə son verilməsini və Bəhreyn xalqının qətliamının dayandırılmasını tələb ediblər.
Etirazçılar həmçinin beynəlxalq ictimaiyyətin Bəhreyn xalqına edilən zülm və haqsızlığa qarşı susmasını tənqid edib.