header

 Afrin talan olunur – FOTO-VİDEO

Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusunun üzvləri Afrində nəzarəti ələ keçirdikdən sonra şəhəri yağmalamağa başlayıblar.

FaktXeber.com-un məlumatına görə bu barədə Agence France Press xəbər yayıb.

Jurnalistlərin məlumatına görə,  Afrinə girdikdən sonra silahlılar  mağazalara, restoran  və evlərə soxularaq  ərzaq, elektron əşyalar, odeyallar  və digər məhsulların talanına başlayıblar. Onlar qənimətləri avtomobillərə yığaraq şəhərdən çıxarıblar.

Britaniya-Сuriya Muşahidə Şurası terrorçuların özəl mülkləri, siyasi və hərbi obyektləri  talan etmələri xəbərini təsdiqləyib.

Afrin sakinləri  AFP-yə bildirib ki, silahlıların bir qisminin mağazaya soxularaq içərini yağmalamasını, digərinin isə küçədəki avtomobilləri oğurlamasının şahidi olub. AFP  müxbiri  həmçinin  bildirib ki, terrorçular  mağazaları da yandırıblar.

Bundan başqa Türk qoşunları və müttəfiqləri şəhərə girmələrini bayram edərkən kürdlərin mili qəhrəmanı, müqavimət simvolu olan dəmirçi Kavenin heykəlini gülləbaran edib, sonra isə yıxıblar. Bu hal ictimaiyyət tərəfindən kəskin qınaqla qarşılanıb.



Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusunun üzvləri Afrində nəzarəti ələ keçirdikdən sonra şəhəri yağmalamağa başlayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap