header

 Qasimi: İranın raket mövzusu müzakirə predmeti ola bilməz

İran İslam Respublikası Xaici İşlər Nazirliyinin sözçüsü İranın raket mövzusunun müzakirə predmeti olmadığını bildirərək deyib: İran İslam Respublikası İraqın keçmiş bəs rejiminin İrana qarşı 8 illik müharibəsində əldə etdiyi təcrübələri nəzərə alaraq müdafiə sahəsindəki siyasətlərini davam edəcək.

Bəhram Qasimi dünən İranın Cami-Cəm telekanalına verdiyi müsahibədə deyib: Hərhansı bir ölkənin raket və müdafiə məsələsi onun özünə aiddir və heç bir ölkə öz suverinliyi və ərazi bütövlüyü ilə birbaşa əlaqədə olan öz müdafiə potensialı barədə müzakirə etmir. 

Qasimi Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsindəki öz öhdəliklərini pozmasına toxunaraq deyib: Amerikalılar İranın bu sazişin mənfəətlərindən faydalanmaması üçün insan haqları, müdafiə potensialı və raket qabiliyyətləri kimi müxtəlif sahələrdə İranı ittiham edirlər amma bütün bu cəhdlərə baxmayaraq İran bir çox ölkələrlə razılıqlara nail olmuşdur. 

İİR XİN sözçüsü qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinin İranın xarici siyasətinin prioritetini təşkil etdiyini bildirərək deyib: Region ölkələri arasında əməkdaşlıqlaırn genişləndirilməsi sülh, təhlükəsizlik və stabilliyin bərqərar olunmasında misilsiz rola malikdir. 

Qasimi İİR-nin xarici siyasət doktrinasının, super güclərə asılı olmamaq, islam dünyasının məzlum ölkələrini himayə etmək və bloklara qoşulmayan ölkələr hərəkatı eləcə də hegemonçu olmayan dövlətlərlə əməkdaşlıq aparmaqdan ibarət olduğunu deyib. 

İran İslam Respublikası Xaici İşlər Nazirliyinin sözçüsü İranın raket mövzusunun müzakirə predmeti olmadığını bildirərək deyib: İran İslam Respublikası İraqın keçmiş bəs rejiminin İrana qarşı 8 illik müharibəsində əldə etdiyi təcrübələri nəzərə alaraq müdafiə sahəsindəki siyasətlərini davam edəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap