header

 Ərdoğan: Bizə dost görünüb, terrorçulara silahlar verdilər

Türkiyənin Mardin vilayətində xalqa müraciət edən prezident Rəcəb Tayyib Ərdoğan "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günə qədər zərərsizləşdirilən terrorçu sayının 3569 olduğunu açıqlayıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Ərdoğan, "artıq an məsələsidir, Afrinə girmək ərəfəsindəyik. Sizlərə hər an bu müjdə verə bilərik", - deyib.

"Biz həqiqətləri görürük. Yalanlarınız ortadadır. Tırlarla dolu silahlar ortadadır", söyləyən Ərdoğan, "bizə daha hansı yalanları deyirsiniz, dürüst olun. Olmadılar. Bizə dürüst olana can qurban, ancaq dürüst olmayana... Qüsura baxmasınlar", - deyə bildirib.

Ərdoğan, "bunlar Qərbdəki dostlarımızın onlara verdiyi dəstəklə tunellər açdılar. Bu tunellərdə yük maşını gedə biləcəyini təsəvvür edirsinizmi? Silah anbarlarını gördünüzmü? Hər cür silahları var, bizə dost görünənlərin onlara verdiyi silahlardır", - deyə qeyd edib.

Türkiyənin Mardin vilayətində xalqa müraciət edən prezident Rəcəb Tayyib Ərdoğan "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günə qədər zərərsizləşdirilən terrorçu sayının 3569 olduğunu açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap