header

 Mayk Pompeonun seçilməsi Ərəbistan və sionist rejimin razılığını cəlb etmək istiqamətindədir

ABŞ-ın siyasi təhlilçisi deyib: Dövlət katibinin vəzifəsindən uzaqlaşdırılması və onun əvəzinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin təyin olunması Səudiyyə Ərəbistanı və sionist rejimin razılığını cəlb etmək istiqamətində həyata keçirilib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, siyasi analitik və tarixçi Dan Lazar Reks Tillersonun kənarlaşdırılması, onun əvəzinə Mayk Pompeonun təyin olunmasını ABŞ prezidenti Donald Trampın Tehran və Moskvanı Suriya prezidenti Bəşşar Əsədi dəstəkləməsindən əsəbiləşməsinin nəticəsi adlandırıb.

Lazar deyib: Tramp Ərəbistan və İsrailin təzyiqi ilə Pompeonu təyin etdi ki, İran və Rusiyanın Suriyadakı irəliləyişlərinə narazılığını göstərə bilsin.

Siyasi məsələlər üzrə analitik deyib: Pompeo dəfələrlə Rusiyanı Ukraynanı işğal etmək, İŞİD terror qruplaşmasını məğlub etmək üçün heç bir iş görməməkdə suçlayıb.

Donald Tramp 13 martda bir twitdə Reks Tillersonu kənarlaşdıraraq onun yerinə Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təqdim edib.

Halbuki Tramp dəfələrlə Tillersonla müxtəlif məsələlər, o cümlədən İranla nüvə anlaşmasında fikir ayrılığının olduğunu, Pompeo ilə fikirlərinin üst-üstə düşdüyünü etiraf etmişdi.

ABŞ-ın siyasi təhlilçisi deyib: Dövlət katibinin vəzifəsindən uzaqlaşdırılması və onun əvəzinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin təyin olunması Səudiyyə Ərəbistanı və sionist rejimin razılığını cəlb etmək istiqamətində həyata keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap