header

 Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

Qarabağ Azadlıq Təşkilatının üzvləri və siyasi fəalların bir qrupu ötən gün ABŞ-ın Bakıdakı səfirliyi qarşısına toplaşaraq saxta və qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın ABŞ-a səfəri və təbliğat mərasimi keçirməsinə etirazlarını bildirib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, sayı iyirmi nəfər olan etirazçılar bildiriblər ki, separatçılıq və işğalçılığı dəstəkləyən ölkənin Azərbaycanda səfirliyinin olması lazım deyildir.

Aksiyaçılar öz hüquqlarının müdafiəsini vurğulayaraq bildiriblər: Bizim hüquqlarımızı tapdalayan ABŞ-ın səfirliyi bizim işimizə yaramır, səfirliyini bağlasın.

Qeyd edək ki, bir neçə gün öncə Bako Saakyanın ABŞ-a səfərinə etiraz olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı nazirliyə çağırtdırıb və Azərbaycan Respublikası hökmətinin etirazını ona təqdim edib.

Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap