header

 Ərdəbildə AİP-in mərhum sədrinin anım mərasimi keçirildi+Foto

Azərbaycan Respublikası İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının yeddinci ildönümü mərasimi Ərdəbilin dindar və vilayətçi əhalisinin iştirakı ilə Müsəllada keçirildi.

Ərdəbilin Şiəlik Beşiyi Müəssisəsi və Qafqaz Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə AİP-in mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının yeddinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdə Qazidehi çıxış edib. O, Azərbaycan Respublikasının islamçılarının vəziyyəti və Hacı Əlikramın Qafqazda şiə mədəniyyətini tərvic etməsi barədə söz açaraq deyib: “Nardaran əhalisindən olan Hacı Əlikram çox mömin və dindar bir insan idi. O, sabiq SSRİ zamanından şərəfli ömrünün sonuna kimi xalq arasında dini mədəniyyəti tərvic etmək üçün böyük zəhmətlər çəkdi.”

Aran xaricə yayım radio şəbəkəsinin müdiri əlavə edib: “Nardaran əhalisi İmam Xomeyniyə (r) çox sevgi bəslədiklərinə görə Xomeyniçi kimi tanınırdılar. Onların rəhbəri Hacı Əlikram Əliyev idi. İmam Xomeyniyə (ə) sevgisinə görə kommunistlər dəfələrlə ona işgəncə vermişdilər.”

Hacı Əlikramın kommunist hökuməti və ondan sonrakı dövrlərdə işgəncələrə məruz qalmasından danışan natiq deyib: “O, zindandan oğluna yazdığı bir məktubda deyir: “Oğlum! Mənim vəziyyətimə görə narahat olmayın. Bu, Allahın mənə inayətidir, mənə fürsət verib ki, Onunla razü-niyaz edəm.”

Qazidehi çıxışının digər bir hissəsində deyib: “Hacı Əlikram Əhli-beyti (ə) sevən həqiqi bir dindar idi. O, Azərbaycan Respublikasında İslam Partiyasını təsis etməklə İslam İnqilabını bu ölkədə davam etdirmək istəyirdi. O, şücaətli bir insan idi və o dövrün hakimiyyət başçıları ondan qorxurdular.

Hacı Əlikramın dindarlığı, İmama (r) sevgisi, rəhbərliyi bacarması, qorxmazlığı, şücaətli olması, vətənpərəstlik hissi, Əhli-beytə (ə) təvəssülü onu Qafqaz və Azərbaycan Respublikası xalqları arasında həqiqi bir rəhbərə çevirmişdi. O regionda problemlə üzləşən hər kəs onun yanına gedir və yol göstərməsini istəyirdi.”

Qazidehi çıxışının sonunda deyib: “Hacı Əlikram uşaq qatili olan sionist rejim və Amerika ilə müxalif idi, Azərbaycan dövlətinin bu rejimlə dostluq və əməkdaşlığını xalqın haqqına zülm etmək hesab edirdi. Ona görə də hökumətin müsəlmanların qanını tökən bu rejimlə münasibət qurmamasına təkid edirdi.”

      

Azərbaycan Respublikası İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının yeddinci ildönümü mərasimi Ərdəbilin dindar və vilayətçi əhalisinin iştirakı ilə Müsəllada keçirildi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap