header

 Qasimi: İranın regiondakı iştirakı bölgənin təhlükəsizliyinə kömək etmək üçündür

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikasının Yaxın Şərqdəki yerini nəzərə alaraq, regionda təhlükəsizliyin təmin olunmasına kömək etmək üçün İranın təbii və əsaslı iştirakı vardır.

İRİB-in məlumatına görə, Bəhram Qasimi çərşənbə günü Tehranda mətbuat konfransında ABŞ prezidentinin İran əleyhinə yeni hədələri haqda əlavə edib: Böyük tarix və mədəniyyətə sahib İran dünyanın hər bir yerində müsbət iştiraka malikdir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Kaliforniya ştatında dəniz piyadaları qarşısında etdiyi çıxışında iddia edib ki, İran Yaxın Şərqdəki bütün problemlərin arxasında durur.

İran XİN sözçüsü əlavə edib: İranın Suriyadakı hərbi məsləhətçilik iştirakı bu ölkəyə stabillik və təhlükəsizliyin qayıtmasına kömək olmuşdur. Suriya böhranının tez bir zamanda həll olunacağına ümid edirik.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikasının Yaxın Şərqdəki yerini nəzərə alaraq, regionda təhlükəsizliyin təmin olunmasına kömək etmək üçün İranın təbii və əsaslı iştirakı vardır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap