header

 Bin-Salman gələn ay Nəcəf şəhərinə səfər edir

Səudiyyə Ərəbistanın birinci vəliəhdi, kralın oğlu və bu ölkənin müdafiə naziri Məhəmməd bin Salman gələn ay Bağdad və Nəcəf şəhərlərinə rəsmi səfərə gedəcək.

İslaminSesi.info İraq mətbuatına xəbər verir ki, bunu İraq parlamentinin deputatı Sədun əd-Duleymi deyib.

 

Qeyd edək ki, 1990-cı ildən bu yana yəni Səddam Hüseyn rejiminin Küveytə hücumundan sonra bu ilk dəfədir ki, yüksək Səudiyyə rəsmisi İraqa səfər edir.

 

Bundan öncə Bin-Salam Misirə səfəri zamanı verdiyi müsahibədə bildirib ki, ər-Riyad İraqda yeni siyasət yürütməklə İranın buradakı nüfuzunun qarşısını alacaq. O, İraq şiələrinin əsas şəhərlərindən biri Bəsrədə keçirilən İraq-Səudiyyə futbol matçını buna misal gətirmiş və əlavə etmişdi ki biz bu yollarla İranı bölgədə mühasirəyə alacağıq.

 

İraq baş naziri Heydər əl-Abadinin ər-Riyada səfəri zamanı Səudiyyənin XİN başçısı Adil əl-Cubeyr də ölkəsinin İraqla bağlı siyasətində səhvlərin olduğunu etiraf etmişdi.

 

Bundan öncə Müqtəda Sədr vəliəhdin ər-Riyada səfər dəvətini qəbul etsə də digər şiə din və siyasi xadimi Əmmar əl-Həkim bunu rədd etmiş və səfərin baş tutması üçün əl-Qətif əyalətindəki şiələrin vəziyyətinin, Bəhreyn və Yəmən məsələlərinin yoluna qoyulmasını şərt olaraq isrəli sürmüşdü.

 

Ekspertlərin fikrinə görə Səudiyyə son 15 ildə İraqda müxtəlif radikal rəkfirçi birləşmələrə dəstək verməklə burada İranın nüfuzunun qarşısını almağı düşünürdü. Lakin İraqda İŞİD planı uğursuzluqla nəticələndiyindən Səudiyyə İraqdakı şiə çevrəsi arasında özünə həmrəy axtarmağa başlayıb. Eyni zamanda ekspertlər Bin-Salmanın Nəcəf səfərinin baş tutacağının çətin olacağını bildirirlər.

Səudiyyə Ərəbistanın birinci vəliəhdi, kralın oğlu və bu ölkənin müdafiə naziri Məhəmməd bin Salman gələn ay Bağdad və Nəcəf şəhərlərinə rəsmi səfərə gedəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap