header

 ABŞ tarixinə "Su işgəncələri kralı" adı ilə düşən yeni dövlət katibi – Mayk Pompeo

Dünən ABŞ-da baş verən istefa və yeni vəzifə paylaşımı gündəmə bomba kimi düşdü. Bəs yeni Dövlət katibi Mayk Pompeo kimdir?

İslaminSesi CNN-ə istinadən bildirir ki, Tramp yeni Dövlət katibinin Mayk Pompeo olduğunu açıqlayıb. O təyinat zamanı Pompeo haqqında gözəl sözlər deyib və onunla daim eyni fikirləri paylaşdığını vurğulayıb. 

 

Mayk Pompeo Kanzaslı senatordur. CNN-nın bildirdiyinə görə son vaxtlar respublikaçı senator Trampla həddindən artıq yaxşı münasibətlər qurub. Dəfələrlə Ağ evdə keçirilən brifinqlərdən sonra Mayk Pompeo Trampla şəxsən görüş üçün orada qalıb. Hətta yanvar ayında Pompeo Trampın xüsusi istedadlarından bəhs etmişdi. O Amerikada çıxışlarından birində Trampın kəşfiyyatçı qabiliyyətlərini tərifləmişdi. 

 

Bundan əlavə "Qəzəb və Alov" kitabı çıxandan sonra da müdafiəsini davam etdirərək, Trampın ağıl çatışmamazlığına etiraz etmişdi."Bu tamamilə absurrdur. Mən hər həftə Trampa informasiyaları çatdırıram və o hamısını təhlil edərək nəticələr çıxarır". 

 

O   daim Hillari Klintonu və Obama administrasiyasını tənqid etmişdir. Onun bu vəzifəyə gətirilməsini senatda bir çox demokrat senatorlar da dəstəkləyiblər. 

 

Lakin tarix Pompeonun başqa bir əməlinin də olduğunu söyləyir. Tarixə "Vaterboarding" -"Su işğəncəsi"   adı altında düşən 2002-ci ildə Taylandda gizli həbsxanada baş verənlər Pompeoya heç də üz ağlığı gətirmədi. Həmin həbsxanada Əl Qaidə şübhəlisi olaraq bilinən Əbu Zübeydə və Abdulrahim əl Naşirinin 83 dəfə bu işgəncəyə məruz qaldığı aşkarlandı. Gizliliyi ləğv edilən MKİ sənədlərinə əsasən məlum oldu ki, bu işgəncə zamanı insanların ağzına bez parçası bağlayaraq onların başının üstündən su tökürlərmiş. Boğulma hissi yaradan bu işğəncə bütün dəhşəti ilə mediaya sızdı. New York Times qəzetinin iddiasına görə bu istintaq materialları yox edilsə də, Pompeo və hazırda Mərkəzi Kəşfiyyat İdarəsinə rəhərliyə namizəd göztərilən Haspelin adı hallandı. Pompeo isə "Su işgəncəsini" həyati əhəmiyyətli məlumatları almaq üçün tətbiq olunduğunu demiş və özünə haqq qazandırmışdı. Həmin qorxunc işğəncənin necə  reallaşdırılmasını bu videodan izləyə bilərsiniz. 

 

 

Sabiq prezident Barak Obama Quantanamo həbsxanasını bağlamaq istəyəndə o da buna etiraz edənlər arasında idi. O 2013-cü ildə həbsxana baş çəkmiş və oradan döndükdən sonra"Həbsxanadakıların çoxu mənə elə gəldi ki, kökəliblər". 

 

Bundan əlavə Pompeo Edvard Snoudeni də həddindən artıq qınamış və "edam olunması lazım gələn vətən xaini" kimi dəyərləndirmişdi. Seçkilərdə Hilları Klintonu Benqazidə 2012-ci il 11 sentyabrda ABŞ səfirliyinə edilən hücumun üstünü örtməkdə günahlandırmışdı.

Dünən ABŞ-da baş verən istefa və yeni vəzifə paylaşımı gündəmə bomba kimi düşdü. Bəs yeni Dövlət katibi Mayk Pompeo kimdir?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap