header

 NAMAZLARINI SƏHƏR-AXŞAM MƏSCİDDƏ QILANLAR

BEHİŞTİN QABAQCILLARI

Peyğəmbəri-Əkrəm (s) cənnət öncülləri barədə buyurur:

...طُوبى لاَِصْحابِ الاَْ لْوِيَةِ يَوْمَ القِيامَةِ يَحْمِلُونَها فَيَسْبِقُونَ النّاسَ إِلى الْجَنَّةِ أَلا وَ هُمُ السّابِقُونَ إِلى الْمَساجِدِ بِالاَْسْحارِ وَ غَيْرِ الاَْسْحارِ

“...Xoş o kəslərin halına kiməhşər günü bayraqdardırlarBayrağı camaatın önündətutaraqcənnətə daxil olmaqda qabaqda gedərlərBunlar həmin o adamlardır kisəhərlər  sair vaxtlarda məscidə getməkdə başqalarından qabağa düşərdilər.” (“Məkarimul-əxlaq”, səh.537; “Biharul-ənvar”, 77-ci cild, səh.74-91.)

Hər bir insan yaş fərqindən asılı olmayaraq çalışır ki, hər bir işdə həmişə başqalarından qabağa düşsün. Əlbəttə, bu yarışma və rəqabət əgər sırf dünya işləri üçün olarsa məzəmmət olunur. Lakin başqalarından qabağa düşmək axirət və xeyirxah işlərlə əlaqədar olarsa, nəinki pis deyil, səadət və xoşbəxtliyə doğru bir addımdir. Çünki insanın səadəti onun Allaha yaxınlaşması və əməl dəftərinin pak olmasındadır.

Möminlərin bu məsələdə bir-birindən qabağa düşməsi özünü göstərmək üçün deyil, səadətə qovuşmaq xatirinədir.

Qurani-Kərimin “Ali-İmran” surəsinin 133-cü ayəsində bu məsələyə təkid edilərək buyurulur:

وَ سارِعُوا إِلَى مَغْفِرَة مِنْ رَبِّكُمْ وَ جَنَّة عَرْضُهَا السَّمواتُ وَ الاَْرْضُ أُعِدَّتْ لَلْمُتَّقين

“Allahınızın məğfirətinə  təqvalılar üçün hazırlanmış genişliyi yeri  göyləri əhatəetmiş cənnətə doğru tələsin.

Həqiqətdə, bu ayə insan fitrətinin nidasına bir işarədir. Çünki onun fitrəti kamal axtarır və başqalarından daha kamil olmaq istəyir. Namazı da məsciddə qılmaq inasanı kamala və cənnətə doğru aparan əsas amillərdən biridir.

Maide.az

 

 

BEHİŞTİN QABAQCILLARI
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap