header

 İngiltərədə müsəlman deputata şübhəli paket göndərildi: İki nəfər xəstəxanalıq oldu

Olayın "Müsəlman cəzalandırma günü" aksiyaları ilə əlaqəsinin olub-olmaması araşdırılır.

İslamazeri.com xəbər verir ki, Britaniyada  "Müsəlman cəzalandırma günü" elan edən bəyanatdan sonra müsəlmanlara qarşı ilk hücumlara start verilib. İngiltərədə ana müxalifətdəki İşçi Partiyasnın Bedforddan seçilən müsəlman deputatı Məhəmməd Yasinin evinə şübhəli paket göndərilib. Paketə görə, millət vəkilinin ofis işçilərindən ikisi xəstəxanaya yerləşdirilib. 

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb və müsəlman deputatın ofisinin təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.

Polis özünün sosial şəbəkə profilində bu haqda açıqlama paylaşıb:

 

Olay "Müsəlman cəzalandırma günü" aksiyaları ilə əlaqəsinin olub-olmaması araşdırılır.

Qeyd edək ki, müsəlmanlara hücumların əsas təbliğatçısı "tellmama" qrupu, məktubların Bradford, Leicester, London, Cardiff və Şeiffel şəhərlərində müxtəlif adreslərə göndərildiyini açıqlamışdı.

Məsələnin ciddi olmasından sonra dövlət naziri Viktoriya Atkins məsələ ilə bağlı mediaya verdiyi açıqlamasında "Hökümət olaraq bu iyrənc məktubu qınayırıq. Düzgün bir toplumda buna yer yoxdur", - deyə bildirib.

Britaniyada 2 milyon 800 min müsəlman yaşayırki, bu da ümumi əhalinin 4.4 faizini təşkil etməkdədir. 

Olayın "Müsəlman cəzalandırma günü" aksiyaları ilə əlaqəsinin olub-olmaması araşdırılır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap