header

 Ərəbistan ordusunun dörd hərbçisi öldürülüb

Yəmən ordusunun snayperləri Ərəbistan ordusunun dörd hərbçisini öldürüblər.

Yəmən ordusunun snayperləri bu dörd səud hərbçisini Ərəbistanın cənubunda yerləşən Cizan şəhərindəki iki kənddə öldürüblər.

Digər tərəfdən, Yəmənin ordu və xalq komitələrinin artilleriya bölmələri Ərəbistan ordusu hərbçilərinin və muzdurların Cizanın cənub-şərqində yerləşən qərargahlarını hədəfə alıblar. Ehtimal olunan tələfat barədə bir məlumat əldə olunmayıbdır.

Ərəbistan və onun müttəfiqləri ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, onu quru, dəniz və havadan mühasirə ediblər.

Ərəbistanın Yəməndəki militarizmi indiyədək on minlərlə yəmənlinin həyatını itirməsi və yaralanması, eləcə də milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Səudiyyə rejimi və Amerika indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədə öz hədəflərinə çata bilməyiblər.

Yəmən ordusunun snayperləri Ərəbistan ordusunun dörd hərbçisini öldürüblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap