header

 Trampın köhnə tamaşası: ABŞ mediaları yalançıdırlar

ABŞ prezidenti bir daha reklam xarakteri daşıyan çıxışında Amerika medialarını saxtakarlıqda ittiham edib.

CNN telekanalının verdiyi məlumata görə, Donald Tramp nümayəndələr məclisinə seçkilərdə Rik Sakonenin xeyrinə təbliğat kampaniyası çərçivəsində Pensilvaniyaya səfər edib. Tramp Pensilvaniyada etdiyi çıxışında yenidən özünü tərifləyərək, Vaşinqtonda bir çox şeytan ilə üzləşdiyini deyib. Onun dediyinə görə Vaşinqton pis adamlar və saxtakar mediaların yuvasına çevrilib.

ABŞ prezidenti çıxış etdiyi zalda jurnalistlərə və reportyorlara işarə edərək, bir daha Vaşinqtonun saxtakar və yalançı medialar ilə dolu olduğunu deyib.

CNN telekanalı ABŞ prezidenti Donald Trampın Pensilvaniya ştatındakı çıxışı ilə bir vaxtda ABŞ prezidentinin Respublikaçıları məğlubiyyətdən xilas etməyə çalışdığına dair alt yazı gedib.

"Emerson Kolleci"nin Pensilvaniya Ştatında Amerikanın Nümayəndələr Məclisi üçün həssas seçkilərin keçirilməsi ərəfəsində apardığı rəy sorğusuna əsasən, demokratların namizədi Conor Lamb respublikaçı rəqibini geridə buraxaraq, önə çıxıb.

Maraqlıdır ki, Pensilvaniya Ştatı ümumilikdə respublikaçıların tərəfdarı olan bir ştatdır.

ABŞ prezidenti bir daha reklam xarakteri daşıyan çıxışında Amerika medialarını saxtakarlıqda ittiham edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap