header

 Ayətullah Xamenei Səddam rejiminin İrana qarşı müharibəsinin əsas səbəbini açıqlayıb

Ayətullah Xamenei Səddam rejiminin İrana qarşı müharibəsinin əsas səbəbini açıqlayıb

“Səddam tərəfindən başladılan 8 illik müharibənin səbəbi bu idi ki onlar (Qərb) islam inqilabından qorxurdular. İslam İnqilabının əzəməti dünya qüdrətlərini vəhşətə salmışdı. Olmazın hərbi kəşfiyyat və lojestik yardımlarını Səddamın Bəəs rejiminə etdilər, amma alinmadı. Hələ də İslam inqilabına qarşı yeni zərbə yolu axtarmaqdadırlar. Amma bizim imanlı gənclər buna imkan verməyiblər və verməzlər. İndi mən görürəm ki düşməni geri oturtmaqda hazırki nəsil öncəkindən daha hazırlıqlıdır.”

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

 

Ayətullah Xamenei iranlı gənclər qarşısında çıxışı zamanı İraqdakı sabiq BƏƏS rejiminin İrana hücumunun əsas səbəbini açıqlayıb və vurğulayıb ki bu hegemon güclərin İran İslam İnqilabından qorxmasına görə idi.

 

“Bu inqilabın müsəlman millətləri arasında rəğbət qazanmasını və hətta ABŞ-ın dəstək verdiyi ölkələrdə insanların bu inqilaba üz gətirməsini gördükdə onu məhv etmək niyyətinə düşdülər... O yerə qədər ki Səddam rejiminə bütün növ yardımları etdilər. İndi dünyada müxtəlif tərəfləri kimyəvi silah istifadə etməkdə ittihamlandıranlar həmin o zamanda Səddam Hüseynə kimyəvi maddələr verirdilər. (Kürdlərə qarşı istifadə edilən kimyəvi qazlar əsasən Almaniya şirkətləri tərəfindən verilmişdi). Hələ də 30 il keçməsinə baxamayaraq, kimyəvi qazlar ucabatından xəstəlikdən əziyyət çəkən əsgərlərimiz var.” deyə Ayətullah Xamenei ABŞ-ı və digər Qərb ölkələrini ikili standartlı addım atdıqlarına görə ifşa edib.

Ayətullah Xamenei Səddam rejiminin İrana qarşı müharibəsinin əsas səbəbini açıqlayıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap